Azərbaycan 2016-cı ilin yanvar ayında 2 mln. 725 min 291,08 ton neft ixrac edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 4,8% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
Sayğacların göstəricilərinə əsasən, yanvar ayında Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə 2 mln. 288,59 min ton (həmçinin “Şahdəniz” yatağından 212 min 294,23 ton qaz kondensatı), Bakı-Supsa neft kəməri ilə 376,853 min ton neft daşınıb, Bakı-Novorossiysk neft kəməri ilə neft nəql edilməyib. Dəmir yolları ilə Gürcüstan limanlarına 59 min 848,08 ton neft daşınıb. Komitənin məlumatına görə, hesabat dövründə ixrac edilmiş $547 mln. 342,6 min məbləğində neftin bəyan edilmiş həcmi 1 mln. 989 min 186,83 ton təşkil edib.
2016-cı ilin yanvar ayında Azərbaycandan $31 mln. 109,25 min məbləğində 159 min 646,61 ton neft məhsulu ixrac olunub.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət