Çexiya Respublikasının Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə Bakı Slavyan Universitetinin (BSU) Çexiyaşünaslıq üzrə təhsil alan tələbələrinə silsilə mühazirələr və çex dilindən praktik dərslər təşkil edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə universitetin mətbuat xidmətindən məlumat verilib.
Mühazirələr bir semestr ərzində səfirliyin əməkdaşları tərəfindən aparılacaq, Çexiyanın tarixi, ölkənin siyasi əlaqələri, iqtisadiyyatı, çex xalqının qədim kökləri, adət-ənənləri, mədəniyyəti kimi mövzuları əhatə edəcək.
Fevralın 17-də BSU tələbələrinə ilk mühazirəni Çexiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri, cənab Vitezslav Pivonka oxuyub. Səfir V. Pivonka Çexiyanın XV-XVII əsrlərdəki ictimai-siyasi vəziyyəti ilə XX əsrdə cərəyan edən prosesləri müqayisə və təhlil edib, ölkəsinin dünya ölkələri ilə münasibətlərindən söz açıb.
Tələbələrin marağına səbəb olan mühazirədə mövzu əhatəsində disskusiyalar aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.
A.Zeydullayeva
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət