Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə Koreyanın KOİCA (Korea İnternational Cooperation Agency – Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi) şirkətinin ölkəmizdəki ofisinin direktoru Çoi Yonjay ilə görüşüb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMEA-nın mətbuat xidmətindən məlumat verilib.
Görüşdə akademik A.Əlizadə qonağa AMEA-da prioritet elmi istiqamətlərdə aparılan araşdırmalar, həyata keçirilən innovativ layihələr barədə məlumat verib. Ötən il Akademiyanın 70 illik yubileyinin təntənəli şəkildə qeyd olunduğunu diqqətə çatdıran alim bu illər ərzində rəhbərlik etdiyi qurumun Azərbaycan və dünya elminə mühüm töhfələr verdiyini bildirib.
AMEA alimlərinin vulkanların öyrənilməsi ilə bağlı ciddi araşdırmalar apardığını vurğulayan A.Əlizadə Akademiyada dünya palçıq vulkanları atlasının tərtib olunduğunu, orada 3000-ə yaxın vulkan barədə elmi məlumatların yer aldığını nəzərə çatdırıb. O, AMEA-da yüksəkixtisaslı kadr hazırlığı, beynəlxalq əlaqələrin inkişafı, dünyanın məşhur elmi mərkəzləri ilə əməkdaşlığın təşkili və digər məsələlərdən də söz açıb. Akademiyada ilk dəfə magistratura təhsilinin təşkil olunduğunu, bu addımın elm və təhsilin inteqrasiyası istiqamətində mühüm nailiyyət olduğunu vurğulayıb.
Akademik AMEA-da genetika, biologiya, biotexnologiya, molekulyar biologiya kimi elmi istiqamətlərdə böyük uğurların əldə olunduğunu diqqətə çatdırıb. Həmçinin ekologiya, ətraf mühitin qorunması, bioekoloji problemlər və digər istiqamətlərdə də tədqiqatların aparıldığını, bu sahədə Koreya ilə birgə əməkdaşlıq imkanlarının təşkili və elmi laboratoriyaların yaradılmasının zəruri olduğunu qeyd edib.
Çoi Yonjay isə öz çıxışında AMEA-da aparılan islahatları, elm sahəsində əldə olunan nailiyyətləri yüksək qiymətləndirib. KOİCA-nın təcrübə və imkanlarından, həyata keçirdiyi layihələrdən danışan qonaq müvafiq sahədə AMEA ilə əməkdaşlıq əlaqələrinin qurulmasında, kadr və təcrübə mübadiləsinin aparılmasında lazımi köməkliyi göstərməyə hazır olduğunu bildirib.
A.Zeydullayeva
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət