SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin (TTSİ) mütəxəssisləri Bakı Ali Neft Məktəbində (BANM) “Yanğınsöndürmə balonlarından istifadə qaydaları” haqqında təlim keçiriblər. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə BANM-dən məlumat verilib.
Təlim ali məktəbin rektoru Elmar Qasımovun təşəbbüsü ilə keçirilib.
Təlimdə BANM-in əməkdaşlarına baş verə biləcək yanğın hadisələrinin qarşısını almaq məqsədilə istifadə olunan yanğınsöndürmə balonları və digər ilkin yanğınsöndürmə vasitələrinın istifadəsi qaydaları, texniki və müxtəlif təyinatları barədə ətraflı məlumat verilib. Daha sonra əməkdaşlar yanğınsöndürmə balonlarının istifadə qaydaları ilə əyani tanış olublar.
Təlim BANM-in əməkdaşlarının fövqəladə hadisələr zamanı çevik davranışlarının artırılması və təhlükəsizlik qaydaları haqqında məlumatlı olmaları üçün keçirilib.
Qeyd edək ki, BANM və TTSİ arasında əməkdaşlıq haqqında müqavilə çərçivəsində BANM-in tələbələri TTSİ-nin Dənizdə insan həyatının mühafizəsi üzrə təlim mərkəzində təhlükəsizlik təlimlərinə cəlb olunur və yekunda onlara beynəlxalq sertifikatlar təqdim edilir. Gələcəkdə BANM-in tələbələri üçün “Yanğınsöndürmə balonlarının istifadəsi” ilə bağlı təlimlərin keçirilməsi də nəzərdə tutulur.
A.Zeydullayeva
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo kart sahibləri pulsuz köçürmələrin rahatlığını yaşayır
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət