Fevralın 22-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə AMEA-nın ilk magistrantları ilə görüşüb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMEA-dan məlumat verilib.
Görüşdə akademik A.Əlizadə AMEA-da magistr təhsilinin təşkilinin əhəmiyyətindən danışıb, bunu elm və təhsilin inteqrasiyası istiqamətində əldə olunan mühüm nailiyyətlərdən biri kimi dəyərləndirib. Qeyd edilib ki, 2014-cü ildə ölkə rəhbərliyinin dəstəyi ilə AMEA-da magistratura təhsil pilləsinin təşkili istiqamətində kompleks tədbirlər görülüb və 2015/2016-cı tədris ili üçün yeddi institutda doqquz ixtisas üzrə magistraturaya qəbul keçirilib. AMEA-nın rəhbəri növbəti tədris ilində magistratura təhsilinin akademiyanın 15 institutunda təşkil olunacağını da diqqətə çatdırıb.
Tədbirdə AMEA Rəyasət Heyəti aparatının Elm və Təhsil İdarəsinin rəisi, texnika üzrə elmlər doktoru Əminağa Sadıqov 2015/2016-cı tədris ilinin qış sessiyasının yekunlarına dair məlumat verib. Bildirilib ki, ötən il AMEA-ya qəbul olunan 19 magistrantdan 14-ü qış sessiyasını “əla” qiymətlərlə başa vurub. Bütün magistrantlar təhsil aldıqları institutlarda işə götürülüb və onlara ixtisas dərsləri laboratoriya şəraitində tədris edilir. Alim vurğulayıb ki, Dilçilik İnstitutunun magistrantları növbəti semestrdə təhsillərini davam etdirmək üçün Türkiyənin Hacettepe Universitetinə ezam olunacaqlar.
Daha sonra akademik A.Əlizadə magistrantların elmi mövzuları ilə tanış olub, laboratoriyalardakı fəaliyyətləri ilə maraqlanıb. AMEA-nın rəhbəri magistrantlara və onların elmi rəhbərlərinə tövsiyələrini verib, uğurlar arzulayıb.
Görüşdə təhsil nazirinin müşaviri Fərhad Əmirbəyov da iştirak edib.
A.Zeydullayeva
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət