Bir neçə il əvvəl Azərbaycan üçün qış turizmi əsl ekzotika hesab edilirdi. Lakin istənilən yenilik kimi qış turizmi də düzgün təqdim edilərsə, əhalisi günəşə, dənizə daha çox alışmış Azərbaycan kimi cənub regionunun sakinləri üçün maraqlı ola bilər.
Hazırda Azərbaycan qış turizmi üçün nəzərdə tutulmuş müəyyən infrastruktura malikdir. Söhbət “Şahdağ” və “Tufandağ” komplekslərindən gedir. “Tufandağ” nisbətən yeni kompleksdir, ikinci mövsümdür ki, fəaliyyət göstərir. “Ötən qış mövsümündə biz yalnız yanvarın 15-də işə başladıq, buna görə də yalnız 45 gün fəaliyyət göstərdik. Bu il mövsüm dekabrın 18-də başlayıb. Lakin devalvasiyadan sonra dağ-xizək idmanı üçün bütün geyim və infrastrukturun xaricdən alınmasına baxmayaraq, kompleksdə xidmət haqqı qaldırılmayıb”, - deyə “Tufandağ” yay-qış turizm kompleksinin direktoru Əvəz Nəbiyev bildirib.
Onun sözlərinə görə, fəaliyyət göstərdiyi iki il ərzində kompleks yay mövsümündə kanatla səfərlər də nəzərdə alınmaqla 300 min nəfərə xidmət göstərib. Bununla yanaşı, xizəksürmə ilə məşğul olmaq istəyənlərin sayı 3 dəfə artıb. “Debüt üçün çox da uğurlu sayılmayacaq şəxsi təcrübəmə əsasən deyə bilərəm ki, xizəksürmə müəyyən bacarıq və koordinasiya tələb edən çox maraqlı idman növüdür. Ümumiyyətlə Bakının hay-küyündən sonra bir neçə gün Qəbələdə təmiz dağ havasında olmaq, xizək sürmək yenidən enerji toplamaq və dincəlmək üçün əla imkandır”,- deyə o söyləyib.
“Qafqaz” otellər şəbəkəsini idarə edən "Gilan Hospitality Group”un satış meneceri Elşən Mirzəyev qeyd edib ki, hazırda qrupun idarəçiliyində 13 otel var, bunun 4-ü Bakıda, 8-i Qəbələdə, 1-i Lənkəranda yerləşir. Bu otellərdə 1450 nömrə var, qiymətlər 71 manatdan başlayır. Devalvasiyadan sonra qiymətləri qaldırmamaışıq”, - deyə o qeyd edib. Menecer əlavə edib ki, qrup Qəbələyə gələn və “Qafqaz” otellər şəbəkəsində qalan həm yerli, həm də xarici turistlərin sayını artırmağı qarşıya məqsəd qoyub. “Xarici turistlərdən ən çox İranda yaşayan soydaşlarımızı, həmçinin ərəb ölkələrindən gələnləri qəbul edirik. Devalvasiya müəyyən mənada bizim xeyrimizə oldu. Bir il əvvəl 71 manatlıq nömrənin qiyməti dollar ekvivalentində $90 təşkil edirdisə, indi bu nömrələrdə qalma haqqı $45 təşkil edir. Bu da Qəbələ və Bakıya səfərlərə marağı artırır”,- deyə o qeyd edib.
E.Mirzəyevin sözlərinə görə, Qəbələnin turizm potensialının inkişaf etdirilməsi üçün müsbət amillərdən biri də odur ki, martın 19-da Türkiyənin “Pegasus” şirkəti Türkiyədən Qəbələyə birbaşa uçuşlara başlayacaq.
O deyib ki, qrup Novruz bayramı ərəfəsində otellərin tamamilə dolmasını təmin etməyi planlaşdırır. “Novruz bayramında 9 gün iş günü olmayacaq. Buna görə biz bu 9 günü 3 hissəyə bölmək qərarına gələrək 3 günlük paketlər təklif edirik”,- deyə o qeyd edib. “Tufandag Hotel” müştərilərinə week-end paketini təklif edir.
İki nəfər üçün 179 manat ödəməklə iki nəfərlik otaq sifariş etmək, SPA və fitnes xidmətlərindən, pulsuz xizək dəstlərindən, kanat yollarına buraxılış vərəqindən, eləcə də nömrənin əvvəldən bron edilməsi (10:00) və gec boşaldılması (16:00) xidmətlərindən istifadə etmək olar. 19-28 mart tarixlərində Novruz bayramı münasibəti ilə qonaqlar üçün xüsusi aksiya keçiriləcək, aksiya çərçivəsində iki yerlik nömrələri 72 manata bron etmək mümkün olacaq (gecələmək, səhər yeməyi, internet, SPA və fitnes xidmətləri qiymətlərə daxildir), həmçinin martın 22-24-də iki yerlik nömrə yuxarıda sadalanan xidmətlər və bayram şousu da əlavə olunmaqla 116 manat təşkil edəcək.
A. Əzizov
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət