Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutu (GGİ) 2016-2017-ci il təhsil müddətində 4 magistr qəbul etməyə hazırlaşır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMEA-dan məlumat verilib.
Qəbul planı AMEA Rəyasət Heyəti tərəfindən təsdiq olunub. İnstitutun elmi işlər üzrə direktor müavini, geologiya-mineralogiya elmləri doktoru Dadaş Hüseynov bildirib ki, yeni gənc alimlərin təhsili üçün müəssisədə lazımi imkanlar yaradılıb. Burada magistrlar maaşla təmin olunur, elmin konkret istiqaməti üzrə daha irəli getmiş alimlərdən dərs alır, onlarla birgə çöl işlərində iştirak edir, işi birbaşa tədqiqat başında öyrənə bilirlər. GGİ-nin müasir elmi-texniki avadanlıqlardan ibarət laboratoriyalarında magistrlar üçün iş şəraiti yaradılıb.
Bundan əlavə, institutda çalışan gənclər təcrübələrini artırmaq üçün dünyanın qabaqcıl elmi mərkəzlərində qısa və uzun müddətli təlimlərə qatılır, ixtisasartırma proqramları, konfrans və seminarlarda iştirak edir, həmçinin xarici həmkarları ilə əlaqələr quraraq distant şəkildə də təcrübələrini artıra bilirlər. Gənc tədqiqatçılar üçün ingilis dili kursları təşkil olunur və onlar əcnəbi həmkarlarla ünsiyyət mühitində xarici dil bacarıqlarını da inkişaf etdirirlər. Bütün bunların nəticəsində magistrlar GGİ-də öz ixtisasları üzrə sənət əldə etmək, təcrübəli kadr kimi yetişmək imkanı qazanırlar.
D.Hüseynov onu da qeyd edir ki, 3 il əvvəl Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Neft Akademiyası ilə bağlanmış müqavilələr əsasında GGİ-də həmin təhsil müəssisələrinin müvafiq fakültələrinin baza kafedraları təşkil olunub və indiyə qədər burada magistrlara dərslər keçilir. Bu təcrübə genişləndirilərək 2015-ci ildə TQDK tərəfindən təşkil olunmuş test üsulu ilə GGİ-yəilk magistr qəbul olunub və hazırda qış sessiyasını uğurla başa vurub.
A.Zeydullayeva
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət