Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov hesab edir ki, manat özünün sabit məzənnəsini axtaracaq.
“Gömrük statistikasını diqqətlə izləyirik, idxalın azalmasını müşahidə edirik. Bütövlükdə, bu idxal dinamikasına uyğun olaraq ölkənin valyuta balansının proqnozu verilir. Proqnozlarımıza əsasən, bu cür balans mövcuddur. Üzən məzənnə şəraitində manat özünün sabit məzənnəsini axtaracaq”, - deyə E.Rüstəmov bu gün jurnalistlərə bildirib.
Onun sözlərinə görə, AMB xarici valyutanın bazarda satışı zamanı heç bir məhdudiyyət qoymur.
E.Rüstəmov son valyuta hərraclarında tələbatın təklifi üstələməsi məsələsini də şərh edib. “Hərraclarda valyuta satışı üzrə qrafikimiz var, ona əsasən işləyirik. Banklar arasında keçirilən sorğuların nəticələrinə əsasən, onlar tələbatlarını ödəyəcək həcmdə valyuta alırlar. Misal üçün, paralel bazar kimi digər proseslər getmir. Hərraclara kifayət həcmdə xarici valyuta çıxarılacaq və ona olan tələbat ödəniləcək. AMB bankları valyuta ilə təmin etmir, biz tənzimləyici rolunu oynayırıq, məqsədimiz üzən məzənnə şəraitində manatın məzənnəsinin kəskin dəyişməsinin qarşısını almaqdan ibarətdir”, - deyə o qeyd edib.
AMB-nin sədri əlavə edib ki, manatın üzən məzənnəyə keçidi özünü doğrultdu və Azərbaycanın strateji maraqlarına cavab verir.
Xəbər verildiyi kimi, AMB 21 dekabr 2015-ci ildən etibarən üzən məzənnəyə keçib.
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət