Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin tərkibində "Elm TV İnternet televiziyası" şöbəsi yaradılıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMEA mətbuat xidmətindən məlumat verilib.
Bu qərar Rəyasət Heyətinin iclasında qəbul edilib.
"Elm TV İnternet televiziyası" şöbəsinin fəaliyyətinə texnoloji dəstək verilməsini təmin etmək AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademikRasim Əliquliyevətapşırılıb. Yeni şöbənin müdiri vəzifəsinə isəXatirə Cabbarzadətəyin edilib.
Qeyd edək ki, “Elm TV İnternet televiziyası” İnformasiya Texnologiyaları İnstitutu tərəfindən formalaşdırılıb. Hazırda Akademiyanın ictimai informasiya siyasəti mərkəzləşmiş qaydada AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsi tərəfindən həyata keçirilir.
İşgüzar komandaya, müvafiq avadanlıqlara və müasir standartlara uyğun iş təcrübəsinə malik “Elm TV İnternet televiziyası” artıq bir neçə ildir ki, AMEA-nın müxtəlif qurumları tərəfindən keçirilən mühüm elmi tədbirlər haqqında videomaterialların hazırlanması, birbaşa yayımının həyata keçirilməsi, həmçinin dünya elminin nailiyyətləri ilə bağlı videoçarxların çəkilişi sahəsində uğurla fəaliyyət göstərir.
A.Zeydullayeva
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət