Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında (MEK) tarixçi-alim Yevgeni Paxomovun şəxsi kitabxanasından olan nümunələrin təqdimatı keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMEA-dan məlumat verilib.
Görkəmli tədqiqatçı, numizmat-alim, arxeoloq, tarix elmləri doktoru Yevgeni Paxomovun şəxsi kitab kolleksiyası özündə ehtiva etdiyi elmi mənbələrin sayına görə MEK-in ən böyük kolleksiyaları sırasındadır.
Təqdimatda çıxış edən Nadir kitablar fondunun əməkdaşı Gülarə Xələfova Şərq numizmatikası sahəsində tanınmış alimlərdən biri olan Y.Paxomovun Azərbaycan arxeologiya elminə böyük töhfələr verdiyini bildirərək, onun şəxsi kitab kolleksiyası haqqında ətraflı məlumat verib.
G.Xələfova bu günə qədər Y.Paxomovun 100-dən artıq elmi əsərinin nəşr olunduğunu və onların əksəriyyətinin kolleksiyada yer aldığını qeyd edib. Bildirib ki, alimin tarix elminə ən böyük töhfəsi uzun illər üzərində çalışdığı “Azərbaycanın və Qafqazın başqa respublika və bölgələrinin sikkə xəzinəsi” kitabıdır.
Y.Paxomovun kolleksiyası qədim dünya tarixinə dair qiymətli materiallarla yanaşı, xüsusilə qədim Yunanıstan, Roma, Misir, Bizans və Assuriyanın tarixini əks etdirən əsərlərlə də zəngindir.
G.Xələfova alimin kolleksiyasına aid kataloqda yer alan Qafqazın təsvirinə dair əsərlər sırasında nəşrləri xüsusi qeyd edib. Kolleksiya humanitar, təbiət və yer elmləri sahələri üzrə ədəbiyyatlarla da təmsil olunub.
A.Zeydullayeva
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət