Bakı Dövlət Universiteti və Ukraynanın Boqdan Xmelnitski adına Çerkas Milli Universiteti arasında əməkdaşlığa dair saziş imzalanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə BDU-dan məlumat verilib.
Sənədi BDU-nun rektoru akademik Abel Məhərrəmov və Çerkas Milli Universitetinin rektoru, professor Aleksandr Çerevko imzalayıblar.
Qonaq BDU ilə əməkdaşlıqda maraqlı olduğunu bildirib. A.Məhərrəmov rəhbərlik etdiyi ali təhsil müəssisəsinin tarixi və fəaliyyəti, əldə etdiyi uğurlar barədə qonağa ətraflı məlumat verib.
Görüşün sonunda universitetlərarası münasibətlərin inkişaf etdirilməsi üzrə əməkdaşlıq haqqında saziş imzalanıb. Sənəd iki tərəf arasında tələbə və müəllim mübadiləsi, müştərək elmi layihələr, konfrans və seminarların keçirilməsini nəzərdə tutur.
Sənədin imzalanmasından sonra ukraynalı qonaqlar BDU-nun elmi mərkəzlərində və laboratoriyalarında olublar.
Çerkas Milli Universiteti 1921-ci ildə yaradılıb, universitetdə 8 mindən çox tələbə təhsil alır.
A.Zeydullayeva
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət