2015-ci ildə Azərbaycanda dəmir yollarının inkişafına 225,8 mln. manat investisiya qoyulub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
2014-cü ildə Azərbaycanda dəmir yollarının inkişafına qoyulan investisiyaların həcmi 160,2 mln. manat təşkil edib. Beləliklə, 2015-ci ildə investisiyalar 40,9% artıb.
“Bu vəsait hesabına Bakı-Sumqayıt dəmir yolunun 50,5 km-i, Bakı-Böyük Kəsik yolunun 72,3 km-i, 591 ədəd yük və sərnişin vaqonu, 32 inzibati bina əsaslı təmir edilib”, - deyə hökumətdən qeyd ediblər.
2015-ci ildə 2510 ədəd müxtəlif təyinatlı yük vaqonu, 4 ədəd “VL11m” tipli teplovoz, 4 ədəd “VL11m/6” tipli teplovoz, 7 ədəd “ТE-33А” seriyalı teplovoz, hər biri 4 vaqondan ibarət olan “ER-2” seriyalı 4 ədəd elektrik qatarı və İsveçrənin “Stadler Group” şirkətinin istehsalı olan 3 ədəd ikimərtəbəli KISS elektrik qatarı istifadəyə verilib.
Ötən il dövlət büdcəsi hesabına Yevlax-Malay mənzilinin 253 km tək yolunda Kür çayı üzərində yerləşən metal körpünün yenidən qurulması həyata keçirilib. Bu işlərin dəyəri 2 mln. manat təşkil edib.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət