Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Əsas binasında görkəmli alim, əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, professor Ağabəy Sultanovun anadan olmasının 80 illiyinə həsr olunmuş yubiley yığıncağı keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMEA-nın mətbuat xidmətindən məlumat verilib.
Tədbiri giriş sözü ilə AMEA prezidenti, akademikAkif Əlizadə açaraq A.Sultanovun Azərbaycan psixiatriya məktəbinin görkəmli nümayəndələrindən olduğunu bildirib. Tanınmış psixiatrın məhsuldar fəaliyyətini yüksək dəyərləndirərək onun yüksəkixtisaslı kadrların hazırlanması sahəsindəki böyük xidmətlərindən danışıb. Tibb elmi və səhiyyənin inkişafında mühüm xidmətləri olan fədakar alimin fundamental və tətbiqi tədqiqatlarını tibbin mürəkkəb sahəsi sayılan psixiatriya elminə həsr etdiyini, sosial psixiatriya elmi məktəbinin banilərindən olduğunu bildirib.
Görkəmli alimin respublika və xaricdə çap olunmuş 200-dən artıq elmi məqalə, monoqrafiya, dərslik və metodik tövsiyənin müəllifi olduğunu qeyd edən AMEA prezidenti Ağabəy Sultanovun ictimai fəaliyyətinə də toxunub.
Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademikƏhliman Əmiraslanov alimin həyat və fəaliyyətinin Azərbaycan Tibb Universiteti ilə bağlı olduğunu, 40 ildən artıq bu təhsil ocağında çalışdığını bildirib. Azərbaycanın baş psixiatrının tibb elminin inkişafındakı xidmətlərindən danışaraq alimin ərsəyə gətirdiyi elmi əsərləri və dərsliklərinin, həmçinin mühazirə və məruzələrinin əsas maraq dairəsində psixiatriyanın ən çətin istiqaməti sayılan şizofreniya xəstəliyinin diaqnostikası, klinikası, müalicəsi, insan psixi sferasına ekologiyanın təsiri, suisid, tibbin etik əsasları, evtanaziya və digər aktual problemlərin öz əksini tapdığını diqqətə çatdırıb.
Bölmə rəhbəri alimin şöhrətinin ölkə sərhədlərindən xeyli kənara çıxdığını da qeyd edərək onun Fransa, İspaniya, İtaliya, Yaponiya, Belçika və digər ölkələrdə Azərbaycan elmini ləyaqətlə təmsil etdiyini, fəxri fərmanlarla təltif olunduğunu söyləyib.
Tədbirdə çıxış edən ATU-nun Psixiatriya kafedrasının müdiri, professor Gəray Gəraybəyli alimin elmi, pedaqoji və ictimai fəaliyyəti haqqında danışıb.
"Pedaqoji fəaliyyətinin ilk illərindən A.Sultanov öz mükəmməl pedaqoji bacarığını nümayiş etdirib. Azərbaycan və dünya ədəbiyyatını mükəmməl bilən, təbabət, fəlsəfə, etika və deontologiyanın aspektlərini incəliklərinə qədər anlayaraq, insan qəlbinin susan təfərrüatlarını duymaq bacarığına malik olan A.Sultanov öz tələbələrinə elmi materialları bədii-ədəbi, yüksək akademik, eyni zamanda sadə və anlaşılan dildə təqdim edib", - deyə o bildirib.
Tədbirdə A.Sultanovun həyat və yaradıcılığına həsr olunmuş sənədli film də nümayiş olunub.
A.Zeydullayeva
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank ilə biznes hədəflərinizə çatmaq asandır
“Bakcell”in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət