Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev SSRİ xalq artisti, görkəmli qazax bəstəkarı, tanınmış ictimai xadim və pedaqoq Erkeqali Raxmadiyev adına dirijor və vokal ifaçılarının birinci beynəlxalq müsabiqəsinin münsiflər heyətinə daxil olub. Bu barədə Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rəsmi saytında məlumat verilir.
Müsabiqə Astanada Qazaxıstanın Mədəniyyət və İdman Nazirliyi, Astana şəhər meriyası, bu ölkənin Elmlər Akademiyası və Dövlət İncəsənət Universitetinin təşkilatı dəstəyi ilə reallaşıb.
Müsabiqənin münsiflər heyətinə Azərbaycan, Rusiya, Qazaxıstan, Qırğızıstan, Çindən tanınmış sənət adamları daxil olub.
Müsabiqənin təşkilat komitəsinə xalq artisti, professor, Qazaxıstan İncəsənət Universitetinin rektoru, tanınmış skripka ifaçısı Ayman Musaxodjayeva sədrlik edib.
Beynəlxalq müsabiqədə Avropa, Rusiya, Qazaxıstan, Qırğızıstandan 104 gənc dirijor və müğənni iştirak edib.
Qaliblərin təqdimat mərasimi və yekun konserti Qazaxıstan Dövlət İncəsənət Universitetinin böyük zalında keçirilib. Mərasimdə Ə.Quliyevin dirijorluğu ilə Qazaxıstan Dövlət İncəsənət Universitetinin orkestri və müsabiqənin laureatları çıxış edib.
Müsabiqə proqramı çərçivəsində musiqişünas alimlərin Beynəlxalq elmi-praktiki konfransı və münsiflər heyəti üzvlərinin ustad dərsləri də keçirilib.
A.Zeydullayeva
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət