Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə beynəlxalq terrorçuluğu və terroru İslamla əlaqələndirmək cəhdlərini kəskin pisləyib.
“Bəşəriyyətə qarşı yönələn istənilən terror aktlarını kəskin pisləyirik. Həmçinin terroru İslamla əlaqələndirmək cəhdlərinə qarşı çıxış edirik, biz islamofobiyaya qarşıyıq”, - deyə A.Paşazadə 1918-ci ilin mart ayında azərbaycanlıların soyqırımının növbəti ildönümünə həsr olunan konfransda bəyan edib.
Onun sözlərinə görə, bu gün dünyada İslam dini pərdəsi altında mədəniyyət və tarixi abidələr partladılır.
“Bu, dəhşətdir. Axı terror aktları islam dini pərdəsi altında törədilir, baxmayaraq ki, İslam terroru təbliğ etmir”, - deyə A.Paşazadə vurğulayıb.
QMİ sədri son zamanlar Brüssel, Paris, Türkiyədə törədilən terror aktlarını pisləyib.
“Biz terrora qarşı çıxış edirik, çünki xalqımız bu faciəni öz üzərində hiss edib. Erməni terrorçular Dağlıq Qarabağ və Azərbaycanın digər rayonlarında qanlı cinayətlər, Bakı metrosunda terror aktları törədiblər. 20-ci əsrin sonlarında terroru dayandırmaq xahişi ilə dünya birliyinə müraciət etdik, lakin səsimizi heç kim eşitmədi”, - deyə A.Paşazadə vurğulayıb.
O, dünya birliyini islamofobiya və ikili standartların təbliğatında ittiham edib.
“Pakistanda törədilən terror aktı zamanı 72 nəfər həlak oldu və heç kim diqqəti buna yönəltməyə cəhd etmir. Brüsseldə isə terror aktı baş verən kimi dövlət başçıları birləşərək təhlükəsizliyə təhlükə barədə danışmağa başlayırlar. Bu, islamofobiyanın əlamətləridir. Budurmu tərifli Avropa demokratiyası ki, müxtəlif yerlərdə insan tələfatına müxtəlif yanaşma nümayiş olunur?”, - deyə A.Paşazadə qeyd edib.
R.Babayev
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət