Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Brüsseldə NATO-nun baş katibi Yens Stoltenberq ilə görüşündə ölkəmiz və Alyans arasında əməkdaşlıqla bağlı müzakirələr aparılıb. Bu barədə Azərbaycan XİN-in mətbuat xidmətindən məlumat verilib.
Görüşdə Azərbaycan-NATO tərəfdaşlığının inkişafından məmnunluq ifadə olunub.
Azərbaycanın NATO-nun Fərdi Tərəfdaşlıq üzrə Fəaliyyət Proqramı, Planlaşdırma və Təhlil Prosesi və Əməliyyat İmkanları Konsepsiyası proqramlarında fəal iştirakı təqdir edilib. Həmçinin ölkəmizin Əfqanıstanda NATO qüvvələri üçün tranzit imkanlar təqdim etməsi, eləcə də sülh və təhlükəsizliyin təmin olunması məqsədilə həyata keçirilən Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (İSAF) və Qətiyyətli Dəstək missiyalarına verdiyi töhfələr xüsusilə qeyd olunub.
Azərbaycanın Əfqanıstanla münasibətlərinin ikitərəfli əsasda da yüksək səviyyədə inkişaf etdiyi bildirilərək, Əfqanıstanın Təhlükəsizlik Şurasının katibi Mohammad Xanif Atmarın bu yaxınlarda ölkəmizə səfərinin buna bariz nümunə olduğu vurğulanıb. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin işə düşməsinin Əfqanıstanın regional nəqliyyat infrastrukturuna çıxış imkanlarını artıracağı bildirilib.
Nazir E.Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesi haqqında ətraflı məlumat verərək, Vyana görüşünün substantiv danışıqlara başlamaq üçün əlverişli imkanlar yaratdığını söyləyib.
ATƏT-in Minsk qrupunun həmsədrləri və bütün beynəlxalq ictimaiyyətin mövcud status-kvonu etibarsız, qeyri-davamlı və qəbuledilməz hesab etdiyini deyən Elmar Məmmədyarov status-kvonun dəyişdirilməsi üçün işğal faktına son qoyulmalı və Ermənistan qoşunlarının zəbt edilmiş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu diqqətə çatdırıb.
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət