İyunun 9-10-da Qəbələdə MDB dövlətlərinin Bədən tərbiyəsi və idman sahəsində əməkdaşlığına dair saziş iştirakçılarının Bədən Tərbiyəsi və İdman Şurasının iclası keçiriləcək. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə MDB İcraiyyə Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
“Tədbir iştirakçıları Azərbaycanda və MDB-nin digər ölkələrində bədən tərbiyəsi və idman sahəsində dövlət siyasətinin reallaşdırılması məsələlərini müzakirə edəcəklər”, - deyə komitədən bildirilib.
Şura üzvləri MDB ölkələrinin bədən tərbiyəsi və idmanın inkişafı üzrə 2020-ci ilədək olan dövrü əhatə edən Strategiyasının və MDB ölkələrində milli idman növlərinə dəstək və onların inkişafı Proqramının reallaşdırması üzrə tədbirlər planlarının icrasını, bu proqramın həyata keçirilməsi üzrə 2018-2020-ci illəri əhatə edən Tədbirlər Planı layihəsinin hazırlanması prosesini nəzərdən keçirəcəklər.
"İclasda MDB-nin 25 illiyinə həsr olunmuş tədbirlərin keçirilməsi və bu tədbirlərdə Şuranın iştirakı məsələsi müzakirə olunacaq”, - deyə məlumatda qeyd edilir.
Şura üzvləri həmkarları ilə müxtəlif yaş qruplarının bədən tərbiyəsi və idman sahəsində müəyyən edilmiş normativ tələblərin yerinə yetirilməsinə hazırlanmasını nəzərdə tutan ümumdövlət bədən tərbiyəsi-idman komplekslərinin tətbiqi ilə bağlı təcrübələrini bölüşəcəklər.
Bundan başqa, iclasda Birlik ölkələrinin müəssisələrindən birinə bədən tərbiyəsi və idman, MDB ölkələrində uşaq-yeniyetmə idmanı ilə məşğul olmaq üçün müəssisələr şəbəkəsinin yaradılması sahəsində baza təşkilatı statusunun verilməsinin məqsədəuyğunluğu məsələləri müzakirə olunacaq.
"2017-ci ildə Ulyanovsk şəhərində MDB dövlətlərinin milli idman növləri festivalının, 2016-cı ilin sentyabr ayında Qırğızıstanda II Ümumdünya Köçəri Oyununun keçirilməsinə hazırlığa xüsusi diqqət ayrılması planlaşdırılır”, - deyə komitədən bildiriblər.*
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət