“VTB Bank (Azerbaijan)” ASC Rusiyanın ali məktəblərində Azərbaycan vətəndaşlarının təhsilini maliyyələşdirilməsi üzrə MDB ölkələrində ilk dəfə Azərbaycanda pilot kredit təhsil proqramının reallaşdırılmasına başlayıb.
“Azərbaycanlı gənclərin Rusyada keyfiyyətli ali təhsil almaqlarına yardım barədə çoxdan düşünürdük. Əfsuslar olsun ki, bizim dövrdə tələbələrin əksəriyyəti ödənişli əsasda təhsil alırlar. Hər ailənin təhsilə mühüm məbləğlər ödəməyə imkanı yoxdur”, - deyə bankın İdarə Heyətinin sədri Yuri Yakovlev cümə axşamı proqramın təqdimetmə mərasimində bəyan edib.
Onun sözlərinə görə, bu kommersiya deyil, sosial layihədir. “Bu kommersiya deyil, sosial layihədir. Biz onun vasitəsilə pul qazanmağı planlaşdırmırıq, bu ölkələrimiz arasında humanitar əlaqələrin inkişafına, Azərbaycanda ali təhsilin keyfiyyətinin artırılmasına, burada işləyəcək və nəinki neft, həm də qeyri-neft sahəsini inkişaf etdirməyə yardım edəcək yüksək ixtisaslı mütəxəssislər bazasının yaradılmasına töhfəmizdir”, - deyə Y.Yakovlev vurğulayıb.
Bankın İdarə Heyətinin sədri qeyd edib ki, layihə bütün tədris formalarını əhatə edəcək. “Həm qiyabi, həm əlavə təhsili, həm ikinci təhsili, ixtisas artımını, aspiranturanı. Yəni insanların Rusiyada arzu etdikləri ali təhsilin bütün növlərini əhatə edir. Biz layihəni artıq bu il işə salacağıq”, - deyə Y.Yakovlev bildirib.
Onun sözlərinə görə, kredit təhsil proqramı həmçinin Rusiyanın ali məktəblərinin Azərbaycandakı filiallarında xarici tələbələrin tədrisinin maliyyələşdirilməsini nəzərdə tutur.
“İndi biz sadəcə Rusiyanın ali məktəbləri ilə deyil, həm də Rusiyanın ali məktəblərinin Azərbaycandakı filialları ilə işə başlayacağıq. Bunlar, ilk növbədə, M.V.Lomonosov adına MDU-nun və M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filiallarıdır. Biz, o cümlədən bu ali məktəblərdə təhsil almaq məsədilə kredit əldə etmək üçün ərizələrin qəbulunu aparacağıq”, - deyə o qeyd edib.
Y.Yakovlev vurğulayıb ki, VTB bu istiqamətdə yalnız ilk addımlarını atır və “bu səbəbdən bank layihəsi istifadəçilərin rahatlığı məqsədilə hazırlanıb başa çatdırılacaq”.
Öz növbəsində, Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin (“Rossotrudniçestvo”) Azərbaycandakı rəhbəri Valentin Denisov bu proqramın reallaşdırılmasının əhəmiyyətini qeyd edib.
“Bank çox maraqlı kredit layihəsi təklif edir. Bu cür təşəbbüs üçün əsaslar kifayət qədərdir. RF Təhsil Nazirliyinin məlumatına görə, Rusiyada müxtəlif tədris formaları üzrə Azərbaycandan 13 mindən 15 minədək tələbə təhsil alır”, - deyə o vurğulayıb.
V.Denisov qeyd edib ki, “Rossotrudniçestvo” bu təşəbbüsü dəstəkləyir.
“Biz Azərbaycanda büdcə əsasında abituriyentlərin seçimi ilə məşğuluq. Onlar Rusiyanın büdcəsi hesabına təhsil alacaqlar. Bu il onların sayı 200 nəfərdən artıq olacaq”, - deyə V.Denisov bildirib.
Kredit təhsil proqramının məbləği 300-dən 30 min manatadək və ya 19 mindən 1,92 mln. rubla qədər təşkil edəcək. Kredit vəsaiti 6 aydan 60 ayadək təqdim olunacaq. Manatla kreditlər üzrə faiz dərəcələri illik 15%-dən, Rusiya rublu ilə - illik 19%-dən başlayır.
Krediti həm borc alan, həm də ikinci borc alan (müştərinin yaxın qohumu) əldə edə bilər. Beləliklə, əgər tələbə həddi-buluğa çatmayıbsa, o zaman onun yaxın qohumu krediti ala bilər.
Kreditin verilməsi semestr üçün və ya bütün tədris ilinə tranmş formasında həyata keçirilə bilər. **
R.Babayev
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət