Cənubi Sinay vilayətinin qubernatoru Xalid Fuda Azərbaycan, Qazaxıstan və Gürcüstandan turist axınının artırılması planları barədə məlumat verib.
"Ötən ilin payızında Rusiyanın"Koqalımavia" şirkətinəməxsus təyyarənin qəzaya uğramasından sonra Şarm-əl-Şeyxə turist axını ciddi şəkildə azaldı. Buna görə də biz regionda digər ölkələrlə əlaqələri inkişaf etdirməyi qərara almışıq. Söhbət Azərbaycan, Qazaxıstan və Gürcüstandan gedir. Bütün bu ölkələrdən Şarm-əl-Şeyxə birbaşa aviareyslər açılıb", - deyə X.Fudi azərbaycanlı jurnalistlərlə görüşdə bildirib.
Onun sözlərinə görə, vilayət Azərbaycanı ən perspektiv istiqamətlərdən biri hesab edir. "Ümid edirəm ki, turizm sahəsində əlaqələrimizi inkişaf etdirəcəyik. Azərbaycanda turizm üçün yaxşı şərait var, amma sizdə qışda soyuq olur. Bizdə isə demək olar ki, bütün il boyu yaxşı hava şəraiti hökm sürür və bu, turistlərin səfəri üçün şərait yaradır. Bu yaxınlarda (2016-cı ilin aprel ayında – İF-Az) əməkdaşlığın qurulması məqsədi ilə bizim turizm şirkətləri Azərbaycanda, sizin şirkətləriniz isə Şarm-əl-Şeyxdə səfərdə olub. Düşünürəm ki, başqa səfərlər də olacaq", - deyə o qeyd edib.
Qubernator 2016-cı il iyunun 3-dən açılmış Şarm-əl-Şeyx müntəzəm aviareysinin saxlanılacağına ümidvar olduğunu deyib.
X.Fudi Azərbaycana ötənilki səfərinin əlaqələrin genişləndirilməsində əhəmiyyətli rolunu vurğulayıb. "Mən Azərbaycan prezidenti İlham Əliyevlə görüşdüm. Bu səfər çərçivəsində əldə edilmiş razılaşmaların nəticəsi olaraq bu gün artıq birbaşa hava əlaqəsi yaradılıb və əməkdaşlığın genişləndirilməsi istiqamətində başqa planlar da var", - deyə qubernator əlavə edib.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət