Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov idmançıların 2008-2012-ci illər ərzində dopinq nümunələri üzrə təkrar yoxlanılmasını ədalətsizlik hesab edir.
“İdmançıların 2008 və 2012-ci illərdə Olimpiya oyunlarında və həmin dövrdə keçirilən beynəlxalq yarışlarda çıxışları zamanı bu gün dopinq nümunələri üzrə təkrar yoxlanılmasını ədalətsizlik hesab edirəm. Axı onlar həmin illərdə dopinqin istifadəsi üzrə bir neçə testdən keçiblər. Həmin testlərin nəticələri mənfi olub”, - deyə İ.İsmayılov çərşənbə axşamı idmanda dopinqlə mübarizə ilə bağlı qanun layihəsinin hazırlanmasına dair işçi qrupunun ilk iclasında bildirib.
Onun sözlərinə görə, qəribədir ki, bu idmançılar zamanla daha yaxşı nəticələr nümayiş etdirən kimi, “hansısa səbəbdən köhnə nümunələrin təkrar yoxlanılması zərurəti yarandı”.
Nazir müavini əlavə edib ki, Azərbaycan da bu cür təcrübənin tətbiqindən zərər gördü. “Azərbaycandan olan 24 idmançının dopinqdən istifadə etməsi aşkara çıxdı. Əgər dopinqdən istifadə ilə mübarizə aparılırsa, onu sonuna kimi aparmaq lazımdır. Necə ola bilər ki, 2011-ci ildə 27 ölkədən, 2012-ci ildə - 25 ölkədən, 2013-cü ildə - 26 ölkədən ağır atletika idmançıları arasında dopinqdən istifadə aşkar olundu. Həmin dövlətlərin hər biri $500 min məbləğdə cərimələndi. Bundan sonra həmin idmançılar dopinqin istifadəsində ittiham olunmadılar”, - deyə İ.İsmayılov bildirib.
O hesab edir ki, əgər idmançıların istifadə etdikləri adi dərman preparatlarının tərkibində dopinq varsa, onları pərakəndə satışdan çıxarmaq lazımdır. **
R.Babayev
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət