İntellektual gənclər hər bir dövlətin inkişafında mühüm rol oynayırlar. Bu barədə təhsil naziri Mikayıl Cabbarov bəyan edib.
“Bu nöqteyi-nəzərdən, start-up-məktəblər intellektual gənclərin kreativ və mütərəqqi təfəkkürünün inkişafında və innovativ ideyaların biznesə çevrilməsində mühüm əhəmiyyət kəsb edirlər”, - deyə M.Cabbarov cümə axşamı Azərbaycan Dövlət Neft və Sənaye Universitetində start-up-məktəbin ilk buraxılışının festvalında bildirib.
Nazir qeyd edib ki, start-up-məktəblər dünya iqtisaiyyatının inkişafına böyük töhfə veriblər.
“Dünya iqtisadiyyatının inkişafında start-up və innovasiyaların rolu böyükdür. Ümid edirəm ki, ADNSU-nın start-up-məktəbin məzunları biliklərindən istifadə edərək biznesdə tələb olunan məhsul təklif edə biləcəklər və yeni biznes-məhsullar yaradacaqlar”, - deyə M.Cabbarov vurğulayıb.
Onun sözlərinə görə, Facebook, Google, Microsoft, Instagram kimi dünya şirkətləri start-up sayəsində yaradılıblar.
Nazirin qeyd etdiyi kimi, Azərbaycanın digər universitetləri də start-up-dan istifadə təcrübəsindən bəhrələnməlidirlər.
“Bu gün ayrı-ayrı insanların intellektual bilikləri dövlətlərin və iqtisadiyyatın inkişafında böyük rol oynayır. Bu nöqteyi-nəzərdən, ölkəmizdə start-up məktəbin açılması çox vacibdir”, - deyə Azərbaycan Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin Fatma
Abdullazadə bəyan edib.
Onun sözlərinə görə, bu layihənin böyük gələcəyi var. “Biz start-up layihəsinə inanırıq, çünki gənclərin böyük ambisiyaları var. Kapitalın hər bir xalqın sərvətini müəyyən etdiyi yeni era başlayıb. Biz xalqın intellektual biliklərinin sərvət hesab olunduğu dövrdə yaşayırıq. Azərbaycan gənclərində olan potensial sayəsində ölkəni parlaq gələcəyə aparmaq mümkündür”, - deyə F.Abdullazadə vurğulayıb.
Öz növbəsində, ADNSU-nın rektoru Mustafa Babanlı ali məktəbdə start-up məktəbin yaradılmasından məmnunluq ifadə edib. “Ali məktəbimizin özünün start-up məktəbinin açılmasından şərəf duyuruq. Hər dissertasiya işinin start-up ideya olmasını arzu edirik”, - deyə o qeyd edib.
ADNSU-da 2015-ci ilin sonunda start-up məktəbin açılışı olub. İlk treninqlərə 2016-cı ilin yanvar ayında başlanıldı. Start-up məktəbin məzunları 15 layihə hazırlayıblar. Start-up məktəb Ukrayna və İsrail tərəfdaşlarının iştirakı ilə reallaşdırılıb. **
R.Babayev
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət