Cari ilin I yarısında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi 17,427 min nəfər əlilliyi olan şəxsi protez-ortopedik məmulat və reabilitasiya vasitəsi ilə təmin edib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, ümumilikdə cari ilin 6 ayı ərzində əlilliyi olan şəxslər 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə isə 3,2% çox protez-ortopedik məmulat və reabilitasiya vasitəsi ilə təmin olunublar.
Hesabat dövründə əlilliyi olan şəxslərə 978 ədəd əlil arabası, 476 ədəd aşağı ətraf, 92 ədəd yuxarı ətraf və 186 ədəd döş protezi, 4517 ədəd müxtəlif reabilitasiya vasitəsi, 691 ədəd yuxarı və aşağı ətraf ortezi, 431 ədəd bel və boyun nahiyəsi üçün korset, 350 ədəd eşitmə aparatı verilib.
Əlilliyi olan şəxslər həmçinin 1,625 min cüt protez ayaqqabı, 2,257 min cüt ortopedik ayaqqabı və s. ilə təmin ediliblər.
Yanvar-iyun aylarında onlara məxsus 500-ə yaxın reabilitasiya vasitəsi və protez-ortopedik məmulat təmir edilərək yenidən onların istifadəsinə təqdim olunub.*
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət