“Joint Leasing Company” şirkəti (Azərbaycan Beynəlxalq Bankın törəməsi) rebrendinq prosesi çərçivəsində adını “İnternational Leasing” ilə əvəz edib. Bu barədə şirkətdən məlumat verilib.
“Azərbaycan Beynəlxalq Bankın törəmə strukturu olan “Joint Leasing Company” şirkəti rebrendinq prosesini başa çatdırıb. Şirkət bundan sonra “İnternational Lizinq” şirkəti adı altında fəaliyyət göstərəcək”, - deyə məlumatda deyilir.
“Joint Leasing” şirkəti 1999-cu ildə yaradılıb. 2007-ci ildən “Joint Leasing” adı altında fəaliyyət göstərən şirkət bu gün Azərbaycanın ən böyük lizinq şirkətidir.
“Beynəlxalq Lizinq” şirkəti Azərbaycan iqtisadiyyatının bütün sektorları üçün aktivlərin orta müddətli maliyyələşdirilməsi missiyasını yerinə yetirir. Kiçik və orta sahibkarlıq müəssisələrinin ehtiyaclarının təmin edilməsinə xüsusilə böyük diqqət yönəldir. Şirkətin fəaliyyətinin əhəmiyyətli hissəsi tikinti, kənd təsərrüfatı və emal sektorlarına aiddir”, - deyə məlumatda vurğulanır.
“İnternational Lizinq” şirkəti öz müştərilərinə müxtəlif yük və minik avtomobillərinin, kənd təsərrüfatı və emal avadanlıqlarının, tibbi və digər hər növ avadanlıqların, tikinti mexanizmlərinin alınması üzrə sərfəli şərtlər təklif edir. Eyni zamanda daşınmaz əmlakın lizinqini həyata keçirir.
Səhmlərinin 100%-i Azərbaycan Beynəlxalq Bankına məxsusdur. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət