Ukraynanın Truskavets şəhərinin meri Andrey Kulçinski Azərbaycanın kurortları ilə əməkdaşlığın qurulmasında maraqlı olduqlarını bildirib.
“Düşünürəm ki, sanatoriyaların rəhbərləri, məsələn, Naftalan kurortunun rəhbəri ilə birbaşa tanış olmaq daha yaxşı olardı”, - deyə o, “İnterfaks-Azərbaycan” agentliyinə müsahibəsində deyib.
Merin sözlərinə görə, Truskavets ilə Naftalan arasında qardaşlaşma ilə bağlı danışıqlar aparılıb.
“Hələ ki, biz belə saziş bağlamamışıq. Amma bu istiqamətdə danışıqlar aparmışıq. Bilirik ki, Naftalanda da müalicəxana var və belə əlaqələrin qurulması məntiqəuyğundur”, - deyə A.Kulçinski qeyd edib.
O hesab edir ki, Truskavetslə qardaşlaşmış şəhərlərin sayı nə qədər çox olarsa, bu, hər iki tərəf üçün faydalı olacaq.
“Hesab edirəm ki, bizim nə qədər çox qardaşlaşmış şəhərlərimiz olarsa, həm Truskavetsə, həm də qardaşlaşmış şəhərə bir o qədər yaxşı olacaq. Biz hər birimizdə yaxşı inkişaf etmiş istiqamətlərin mübadiləsini apara bilərik. Məsələn, əgər kurortun spesifikası uyğun gəlmirsə, biz Truskavetsdə insanlara Naftalana getməyi təklif edə bilərik”, - deyə mer vurğulayıb.*
F.İsazadə, R.Babayev
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət