Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2016-cı ilin I yarısında ekoloji qanunvericiliyin tələblərini pozmuş fiziki və hüquqi şəxslərə 395,780 min manat məbləğində cərimə tətbiq edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə nazirlikdən məlumat verilib.
“Hesabat dövründə aparılan araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, balıq ehtiyatlarının, fauna və floranın mühafizəsi, o cümlədən məişət və istehsalat tullantılarının idarə olunması sahəsində yol verilmiş qanun pozuntularına görə 329 iş üzrə 395,780 min manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib. Ətraf mühitə dəymiş ziyana görə 249 iş üzrə 483,841 min manat məbləğində iddia qaldırılıb”, - deyə məlumatda bildirilir.
Ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı isə 2647 iş üzrə 494,304 min manat məbləğində ödəmə tətbiq edilib.
Məlumata görə, 2016-cı ilin 6 ayı ərzində yol verilmiş qanun pozuntularına görə 1070 akt və 351 protokol tərtib olunub.*
F.İsazadə
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət