2016-cı ilin yanvar-iyul aylarında Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə birja əqdlərinin ümumi dövriyyəsi 2 mlrd. 239 mln. 36,076 min manat təşkil edib, bu ötən ilin analoji dövrünün göstəricisindən 3,2 dəfə azdır. Bu barədə BFB-nin məlumatında qeyd edilir.
Yanvar-iyul aylarında BFB-də əqdlərin ümumi həcmində 1 mlrd. 874 mln. 799,551 min manat törəmə alətlər bazarının (azalma 2,9 dəfə), bunun 1 mlrd. 823 mln. 182,315 min manatı valyuta, 51 mln. 617,236 min manatı isə əmtəə üzrə əqdlərin payına düşüb.
Ümumi dövriyyədən 296 mln. 656,862 min manat (artım 15,9 dəfə) dövlət qiymətli kağızları ilə əqdlərin payına, onların bütün həcmi isə Maliyyə Nazirliyi tərəfindən buraxılan istiqrazların payına düşüb. Bununla belə, ilkin bazarda istiqrazların yerləşdirilməsinin həcmi 200 mln. 338,135 min manat, təkrar bazarda 96 mln. 318,727 min manat təşkil edib.
Yanvar-iyul aylarında BFB-nin ümumi dövriyyəsində 26 mln. 320,263 min manat (azalma 5,5 dəfə) pay bazarının payına düşüb. Bunun 24,681 mln. manatı ilkin bazarda, 1 mln. 639,263 min manatı təkrar bazarda səhm yerləşdiriliməsinin payına düşüb.
Yanvar-iyul aylarında əqdlərin ümumi həcmində 41 mln. 260,079 min manat qiymətli kağızlar bazarının borc alətlərinin payına düşüb (azalma 32,9 dəfə). Bununla belə, təkrar bazarda Azərbaycan İpoteka Fondunun 20 mln. 312,439 min manatlıq istiqrazı yerləşdirilib. Bu aylarda ilkin bazarda digər korporativ istiqrazların yerləşdirilmə həcmi 4 mln. 358,571 min manat, təkrar bazarda 16 mln. 589,067 min manat təşkil edib. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət