“Azadlıq” radiosunun jurnalisti Xədicə İsmayılova maddi və mənəvi zərərə görə Bakı Baş Prokurorluğuna qarşı 30 min manat məbləğində kompensasiya iddiası irəli sürüb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə X.İsmayılovanın vəkili Fariz Namazlı məlumat verib.
“Saxlanıldığı zaman Xədicə İsmayılova “Azadlıq” radiosunda çalışırdı və aylıq 2 min manat qazanırdı. Həbsdə olduğu 91 gün ərzində onun ailəsi hər gün taksi ilə yanına gəlib və mədəsindən keçirdiyi əməliyyat səbəbindən ona diyetik yeməklər gətirib. Beləliklə, X.İsmayılovaya vurulan maddi zərər ümumilikdə 9,03 min manat təşkil edir”, - deyə F.Namazlı bildirib.
Bundan başqa, vəkilin sözlərinə görə, mənəvi zərərə görə daha 20 min manat kompensasiya tələb edilir.
F.Namazlı qeyd edib ki, X.İsmayılova 5 dekabr 2014-cü ildən 6 mart 2015-ci il tarixin\ədək həbsdə olub və CM 125-ci maddəsi ilə (ölüm həddinə çatdırma) ittiham olunub.
“Lakin Bakı Ağır Cinayətlər Məhkəməsinin 1 sentyabr 2015-ci il tarixli qərarı ilə X.İsmayılovaya bu maddə ilə bəraət verilib. Hökm Ali Məhkəmə tərəindən təsdiq olunub və qüvvəyə minib”, - deyə o qeyd edib.
Vəkilin sözlərinə görə, Baş Prokurorluğun nümayəndəsi Günel Əkbərli məhkəmədən jurnalisitin hələ də şərti həbsdə olduğunu nəzərə alaraq iddia ərizəsini təmin etməməyi xahiş edib.
“Maliyyə Nazirliyinin nümayəndəsinin rəyinə əsasən, X.İsmayılova “maliyyə fırıldaqlarında” ittiham olunub və iddianı təmin etməməyi xahiş etdi”, - deyə F.Namazlı bildirib.
Məhkəmənin növbəti iclası sentyabrın 23-də keçiriləcək.
Bakı Ağır Cinayətlər Məhkəməsi sentyabrın 1-də jurnalist X.İsmayılovanın 7,5 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. Noyabr ayında Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb.
X.İsmayılova Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və israf etmə - külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirli bilinib. Bununla yanaşı, ona ittiham olunduğu 125-ci maddə (özünü öldürmə həddinə çatdırma) üzrə bəraət verilib.
Cari ilin avqust ayında məhkəmənin qərarına əsasən, X.İsmayılovanın şərti həbsinin müddəti 3,6 ildən 2,3 ilədək azaldılıb. Bununla yanaşı, məhkəmə 5 illik sınaq müddəti qərarını qüvvədə saxlayıb. **
F.İsazadə
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət