Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və Moldova Respublikasının ölkəmizdəki səfiri George Leuka ikitərəfli əlaqələrin inkişafını müzakirə ediblər.
“Görüşdə Azərbaycan ilə Moldova arasında ikitərəfli münasibətlərin uzun illər ərzində müxtəlif istiqamətlərdə, o cümlədən hərbi, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb”, - deyə məlumatda qeyd olunur.
Azərbaycan-Moldova əməkdaşlığının, xüsusilə hərbi sahədə yeni istiqamətlərinin müəyyənləşdirilməsinin vacibliyini qeyd edən müdafiə naziri bunun üçün geniş imkanların olduğunu deyib.
General-polkovnik Z.Həsənov regiondakı hərbi-siyasi vəziyyət barədə danışdıqdan sonra səfirin Azərbaycandakı diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında əlaqələrin inkişafı işinə töhfə verəcəyinə əminliyini ifadə edərək ona fəaliyyətində uğurlar arzulayıb.
Diplomat isə öz növbəsində ölkələrimiz arasında hərbi sahədə əməkdaşlığın inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb və əlaqələrin daha da genişləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirib.*
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət