Azərbaycan idmançıları növbəti Yay Olimpiya Oyunlarında ən azı 2 qızıl medal qazanacaqlar. Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadəbuna əmindir.
“Şübhəsiz, azərbaycanlı idmançıların Tokioda növbəti Olimpiadada iştirakı keyfiyyət baxımından daha uğurlu olacaq. Əminəm ki, Olimpiada-2020-də biz ən azı 2 qızıl medal qazancağıq”, - deyə Ç.Hüseynzadə azərbaycanlı idmançıların “Rio-2016” Olimpiya Oyunlarında çıxışının yekunlarına həsr olunmuş brifinqdə bildirib.
Jurnalistlərin suallarını cavablandıran Ş.Hüseynzadə Tokioda azərbaycanlı karateçilərin uğurlu çıxışına ümid etdiyini ifadə edib.
“Karate üzrə yarışlarda meddalar qazanmağa çalışacağıq. Lakin bunu etmək çətin olacaq, çünki bu idman növü Olimpiya Oyunlarına daxil edildi. Bu səbəbdən, bir çox ölkələrdə karate növünə daha çox diqqət ayrılacaq. Taekvando növündə də eyni hadisə baş verdi. Taekvandoçularımız beynəlxalq yarəışlarda kifayət qədər nailiyyətlər qazanıblar. Bu növü Olimpiya Oyunlarına daxil edəndən sonra, medallar üçün mübarizə aparmaq daha çətin olacaq”, - deyə Ç.Hüseynzadə bildirib.
O, komanda idman növlərinə diqqətin artırılmasının vacibliyini qeyd etdi.
“Beynəlxalq turnizrlərdə uğurla çıxış edən voleybolçularımızla bağlı böyük ümidlərimiz var. Həmçinin, Olimpiya Oyunlarında azərbaycanlı üzgüçülər və yüngül atletlərin iştirakının artırılmasına ehtiyac duyulur”, - deyə MOK-un vitse-prezidenti bəyan edib.
Onun sözlərinə görə, Rio-2016 Olimpiadasında Azərbaycan yığmasının aktivində bir qızıl medalı uğursuzluq hesab etmək olmaz.
“Məlumdur ki, qızıl ilə gümüş medallar arasında fərq cüzi olur. Fianala vəsiqə qazanmaq artıq qələbə deməkdir. Bizim 8 finalçımız olub, onların hər biri qızıl medal qazana bilərdi”, - deyə Ç.Hüseynzadə vurğulayıb.
O qeyd edib ki, beynəlxalq yarışlarda əsas vəzifələrdən biri finala vəsiqə qazanmaqdır.
“Mariya Stadnik Olimpiadada qızıl medal qazanmaq üçün 3 saniyə çatmadı. Demyanenko 10 sm qələbədən aralı idi. Əgər o başını çöndərməsəydi, mütləq qalib olardı. Xetaqın final döyüşü 10-15 saniyə artıq olsaydı, o qızıl medal qzanardı. İdmanda uğur böyük rol oynayır”, - deyə MOK-un vitse-prezidenti bəyan edib.
Onun sözlərinə görə. Olimpiya Oyunlarinda hətta 8-ci yer uğurlu hesab edilir və buna görə idmançılara xüsusi diplomlar təqdim edirlər.
“Bundan başqa, qazanılan medallarəın əmsalına görə, Azərbaycan yığması Rio-2016-da çıxışını birinci yerlə yekunlaşdırdı. Bu Olimpiadada azərbaycanlı idmançıların üçdə bir hissəsi medallar qazanıb. Heç bir digər ölkənin yığması buna nail olmayıb”, - deyə Ç.Hüseynzadə bildirib.
O həmçinin keçirilən Olimpiya Oyunlarında Azərbaycan yığmasının tərkibində legionerlərin iştirakı məsələsinə aydınlıq gətirib.
“Azərbaycan olimpiyaçıların hamısı ölkəmizin vətəndaşlarıdır və onun şərəfini qoruyurlar. Heç bir legionerlər barədə söhbər belə ola bilməz. Müəyyən müddətə müqavilə imzalayan idmançılar legionerlər adlandırılır. Bu səbəbdən, Rio-2016-da Azərbaycan yığmasında legionerlər olmayıb”, - deyə MOK-un vitse-prezidenti bəyan edib. **
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət