2017-ci ilin ortalarında “Abşeron” yatağında ilk istismar quyusunun qazılmasına başlanacaq. Bu barədə bu gün jurnalistlərə SOCAR-ın prezidenti Rövnəq Abdullayev məlumat verib.
Onun sözlərinə görə, 2016-cı ilin noyabr ayınadək TOTAL şirkəti (layihənin operatoru – İF-Az) “Abşeron” yatağının kəçfiyyatı və işlənməsi layihəsi üzrə inkişaf proqramını hazırlayaraq SOCAR-a təqdim edəcək.
«İndi xüsusi qurğu (6-cı nəsil yarımdalma üzən qazma qurğusu – İF-Az) inşa olunur və onun köməyi ilə artıq gələn ilin ortalarından etibarən birinci quyunun qazılmasına başlanacaq», - deyə şirkətin prezidenti bildirib.
Daha əvvəl SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə qeyd etmişdi ki, “Abşeron” yatağında ilk qaz hasilatına 2019-cu ilin III-IV rüblərində başlanması planlaşdırılır.
“Abşeron” dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair saziş 2009-cu il fevralın 27-də imzalanıb. Hazırda layihənin iştirakçıları SOCAR (40%), TOTAL (40% - operator) və “GDF Suez” (20%) şirkətləridir. Müqavilə 30 il müddətinə bağlanıb. Müqavilə sahəsi 747 kv. km-dir.
TOTAL 2011-ci ilin sentyabrında ilk kəşfiyyat quyusunda qazma işlərinin nəticələrinə əsasən “Abşeron” yatağında böyük həcmdə qaz ehtiyatlarının (350 mlrd. kubmetr qaz və 45 mln. ton kondensat) olduğunu təsdiqləyib.
“Abşeron” bloku Bakıdan 100 km məsafədə, dənizin 500 metr dərinliyində yerləşir.*
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət