Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. Bu barədə prezident İlham Əliyev V Bakı Beynəlxalq Humanitar Forumununda çıxışında bəyan edib.
“Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir. Azərbaycanın ərazi bütövlü, digər dövlətlərlərdə olduğu kimi, mühüm əhəmiyyət kəsb edir. Və buna görə ərazi bütövlüyümüz bərpa olunmalıdır”, - deyə İ.Əliyev vurğulayıb.
Azərbaycan prezidenti münaqişələrin nizamlanması məsələsində beynəlaxlq təşkilatları ikili stnadratlar siyasətinin tətbiqində ittiham edib.
“20 ildən çoxdur ki, Ermənistan torpaqlarımızı işğal altında saxlayır. Erməni faşizmi xalqımızın əziyyət çəkdiyi böyük faciələrə gətirib. Bütün beynəlxalq təşkilatlar Azərbaycanı dəstəkləyirlər. İslam Əməkdaşlıq Təşkilatı,Avropa Parlamenti, ATƏT, Qoşulmama Hərəkatı, Avropa Şurası Parlament Assambleyası, BMT Təhlükəsizlik Şurası Qarabağ məsələsində Azərbaycanın mövqeyini dəstəklədiklərinə dair qətnamələr qəbul ediblər. Lakin dünyada tətbiq olunan ikili standartlar siyasəti BMT TŞ-nin qətnamələrinin icrasına mane olur. Bəzi hallarda BMT-nin həmin qərarları bir neçə gün və ya saat ərzində həyata keçirilir və təcavüzkar layiqli cəzasını alır. Bizim halda isə, BMT-nin 20-dən artıq qətnaməsi icra olunmur, günahkar indiyədək məsuliyyətə cəlb olunmayıb”, - deyə İ.Əliyev vurğulayıb.
Prezident qeyd edib ki, ermənilər işğal olunan ərazilərdə şəhərlərin, infrastrukturun, məscidlərin, qəbiristanlıqların məhv edilməsi ilə məşğuldurlar.
“Biz isə Bakıda erməni kilsəsini təmir etmişik ki, burada 5 mindən artıq erməni kitabları qorunub saxlanılır”, - deyə İ.Əliyev bildirib. **
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azər Türk Bankda sərfəli kredit kampaniyası davam edir
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət