2017-ci il iyunun 10-dan sentyabrın 10-dək Astanada keçiriləcək “EXPO 2017-Gələcəyin enerjisi” Beynəlxalq Sərgisi çərçivəsində Azərbaycanın Milli Gününün keçirilməsi nəzərdə tutulub. Bu barədə energetika naziri Natiq Əliyev bu gün rəsmi mətbuatda dərc edilmiş məqaləsində məlumat verib.
“Azərbaycan Qazaxıstanla birgə “EXPO 2017-Gələcəyin enerjisi” Beynəlxalq Sərgisinə hazırlaşır. Cari ilin oktyabr ayında beynəlxalq pavilyonların iştirakçılara təhvil veriləcəyi gözlənilir. İndiyə qədər 103 ölkə və 17 beynəlxalq təşkilatın sərgidə iştirakı təsdiqlənib”, - deyə Azərbaycan tərəfdən sərginin komissarı olan nazir bildirib.
O qeyd edib ki, Azərbaycan milli pavilyonunun, 684 kvadratmetrlik ərazidə, amfiteatr formasında təşkili nəzərdə tutulur.
«Sərgidə Azərbaycanın Milli Gününün keçirilməsi nəzərdə tutulub. Pavilyonun “Odlar Yurdu - Keçmişdən gələcəyə daşınan enerji” devizinə əsaslanan konsepsiyası isə Azərbaycan tarixi, mədəniyyət və incəsənəti, elmi, insan kapitalı, tolerantlıq ənənələri, ölkəmizin müasir iqtisadiyyatı, Xəzər, Qədim İpək Yolu, Qobustan kimi dəyərlərimizin nümayişini ehtiva edir. Bundan başqa, Azərbaycanda ənənəvi enerjidən alternativ enerjiyə keçidin tarixi təkamül yolunun bu dəyərlər kontekstində təqdimatı keçiriləcək», - deyə N.Əliyev əlavə edib.
Energetika naziri vurğulayıb ki, sərgi enerjidən istifadə sahəsində nailiyyətlər və perspektivlər, o cümlədən ekoloji təmizlik, enerji resurslarından istifadə zamanı ətraf mühitin mümkün qədər qorunması və s. bu kimi mövzulara həsr olunacaq.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət