Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov əlilliyin müəyyən olunmasıilə bağlı müvafiq dövlət strukturlarına təkrar müraciət edən fiziki imkanları məhdud vətəndaşların sayının azaldığını qeyd edir.
“Həyata keçirilən islahatlarla əlaqədar əlilliyin müəyyən olunmasıüçün təkrar müraciət edən şəxslərin sayı azalıb”, - deyə nazir bu gün mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, əgər 2015-ci ilin 9 ayı ərzində 152 mindən artıq şəxs əlilliyin müəyyən olunması üçün Tibbi-sosial ekspert komissiyalarına müraciət edibsə, cari ilin analoji dövründə bu göstərici 14 min nəfərdən çox olub (azalma 10,8 dəfə - İF-Az).
“138 min nəfər səviyyəsində fərq vətəndaşların əlilliyin müəyyən olunması sahəsində yeni standartlarla şərtlənir. Bu, birinci qrup əlilliyinin ömürlük, ikinci və üçüncü qrupların 5 il müddətinə müəyyən olunması ilə əlaqədardır. Yəni, əlilliyi olan vətəndaların hər il müayinədən keçməsi zərurəti ortadan qaldırılıb”, - deyə nazir vurğulayıb.
S.Müslümov qeyd edib ki, bu günlərdə Nazirlər Kabinetinin qəbul etdiyi qərar əasaən, gələcəkdə vətəndaşların əlilliyin müəyyən olunması üçün Tibbi-sosial ekspert komissiyalarına müraciət etməsinə ehtiyac qalmayacaq.
“Bu, respublikada əlilliyin müəyyən olunmasının elektron formasının tətbiqi ilə əlaqədardır. Yəni, vətəndaşlar və məmurlar arasında əlaqələrə tamamilə son qoyulacaq”, - deyə o vurğulayıb. **
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət