Azərbaycan parlamenti 6-8 dekabr tarixlərində keçiriləcək plenar iclasda 2017-ci il dövlət büdcəsi layihəsini müzakirə edəcək. Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bu gün iclasda bəyan edib.
“Dekabrın 6,7 və 8-də gələn il üçün dövlət büdcəsi layihəsi və büdcə paketinə daxil olan sənədlərin müzakirəsinə həsr olunan plenar iclas keçiriləcək”, - deyə Z.Səmədzadə bildirib.
2017-ci il üçün Azərbaycanın dövlət büdcəsinin kəsiri 645 mln. manat və ya ÜDM-in 1,05% səviyyəsində proqnozlaşdırılır.
Layihəyə əsasən, 2017-ci il üçün dövlət büdcəsinin gəlirləri 15 mlrd. 955 mln. manat (ötən ilin göstəricisi ilə müqayisədə azalma 5,2%), xərcləri 16 mlrd. 600 mln. manat (azalma 10,2%) səviyyəsində proqnozlaşdırılır.
Gələn ilin dövlət büdcəsi 1 barel neftin orta qiyməti 40 ABŞ dollarından hesablanmaqla hazırlanıb.
Dövlət büdcəsinin gəlirlərinin strukturunda Vergilər Nazirliyinin xətti ilə daxilolmalar 7 mlrd. 210 mln. manat, Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmalar 2 mlrd. 200 mln. manat səviyyəsində proqnozlaşdırılır.
Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertlər 6,1 mlrd. manat səviyyəsində proqnozlaşdırılır.
Xərclərin strukturunda ümumdövlət xərcləri 2 mlrd. 997,7 mln. manat səviyyəsində nəzərdə tutulur, müdafiə sahəsinə 1 mlrd. 615,3 mln. manat, təhsil sahəsinə 1 mlrd. 859,49 mln. manat, sosial müdafiə və sosial təminat sahəsinə 2 mlrd. 117,7 mln. manat, səhiyyə sahəsinə 775,7 mln. manat yönəldiləcək.
Bundan əlavə, gələn il üçün dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu 3 mlrd. 654,4 mln. manat, dövlət borcuna xidmət göstərilməsi ilə bağlı xərclər 1 mlrd. 768,79 mln. manat səviyyəsində planlaşdırılıb, qalan göstəricilər digər xərclərin payına düşür.
Azərbaycanın 2016-cı il dövlət büdcəsinin gəlirləri 16 mlrd. 822 mln. manat, xərcləri 18 mlrd. 495 mln. manat, kəsiri 1 mlrd. 673 mln. manat və ya ÜDM-in 2,9%-i səviyyəsində proqnozlaşdırılır.**
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət