2016-cı ilin sonuna qədər Azərbaycanda Rektorlar Şurası yaradılacaq. Bu barədə təhsil naziri Mikayıl Cabbarov bəyan edib.
“Cari ilin sonuna kimi Azərbaycanda Rektorlar Şurası yaradılacaq və bu istiqamətdə rusiyalı həmkarlarımızın təcrübəsi bizim üçün maraqlıdır”, - deyə M.Cabbarov “İnterfaks-Azərbaycan” agentliyinə müsahibəsində bildirib.
Nazir qeyd edib ki, müasir mərhələdə təhsilin vəzifələri əmnənəvi çərçivələrdən kənara çıxır və iqtisadiyyat, elm, sosial sahələri ilə sıx əlaqədədir.
“Uğurlu təhsil islahatı ölkənin davamlı stabilliyin, dünya miqyasında rəqabətə davamlılığın artırılmasının təminatıdır. Bütün bunlar, həmçinin rusiyalı həmkarlarla təhsil sahəsində sıx əməkdaşlığın inkişafının zəruriliyi ilə şərtlənir. Bu, ilk növbədə, faydalı təcrübə mübadiləsi, daha səmərəli model və mexanizmlərə dair tövsiyyələrə aiddir”, - deyə nazir vurğulayıb.
M.Cabbarov bəyan edib ki, Azərbaycan və Rusiya arasında ali təhsilin maliyyələşdirilməsi, ali məktəblərin yeni modelləri, təhsilin elm ilə sintezi, təhsilin iqtisadi inkişaf prosesi ilə sinxronlaşdırılması kimi məsələlərdə səmərəli müzakirələr aparıla bilər.
Nazir həmçinin Rusiya və Azərbaycan Ali Təhsil Müəssisələri Assosiasiyasının ilk yubileyini müəyyən nailiyyətlərlə qeyd etdiyinə görə məmnunluq ifadə edib.
“Assosiasiya keçirdiyi tədbirlərdə diqqəti prioritet istiqamətlərə yönəldir. Hesab edirəm ki, bu cür yanaşma universitetlərin özünü idarəetməsinin yeni fəlsəfəsinə tam uyğundur və uzunmüddətli perspektivdə daha səmərəlidir”, - deyə M.Cabbarov qeyd edib.
Müsahibənin tam mətni ilə http://interfax.az/view/688671 saytında tanış olmaq mümkündür. **
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət