2016-cı ildə “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan (AÇG) neft hasilatı 2015-ci ilin səviyyəsində qalacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə “BP-Azerbaijan” şirkətinin xarici əlaqələr və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bəyan edib.
2015-ci ildə “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan 31,3 mln. ton neft hasil olunub.
“Cari il bu layihə üzrə xərclərin ötən illə müqayisədə az olmasına baxmayaraq, fövqəladə vəziyyət baş verməzsə, 2016-cı ildə AÇG blokunda neft hasilatını 2015-ci ilin səviyyəsində saxlamaq planlaşdırılır”, - deyə B.Aslanbəyli vurğulayıb.
Onun sözlərinə görə, şirkət 2017-ci ildə AÇG blokunun hasilat platformalarında profilaktik proqramı davam etdirməyi planlaşdırır.
Xəbər verildiyi kimi, cari ilin 9 ayı ərzində AÇG blokunda neft hasilatı 24 mln. ton təşkil edib, bu da 2015-ci ilin analoji dövrünün göstəricisindən 1,7% çoxdur.
9 ay ərzində AÇG blokunun işlənməsi layihəsi üzrə xərclər ötən ilin müvafiq dövrü ilə müqayisədə 27,6% - $1,498 mlrd.-dək azalıb. Bu məbləğdən $376 mln.-u ABƏŞ-in AÇG layihəsi üzrə əməliyyat xərclərinin, $1,12 mlrd.-ı əsaslı xərclərin payına düşüb.
Bu dövrdə orta sutkalıq neft hasilatı 644 min barel (2015-ci yanvar-sentyabr aylarında 640 min barel – İF-Az) olub.
Hesabat dövründə “Çıraq” platformasından sutkada 53 min barel (2015-ci ilin yanvar-sentyabr aylarında sutkada 54 min barel - İF-Az), “Mərkəzi Azəri” platformasından 149 min barel (sutkada 156 min barel), ”Qərbi Azəri” platformasından 116 min barel (sutkada 110 min barel), “Şərqi Azəri” platformasından 74 min barel (sutkada 72 min barel), “Dərinsulu Günəşli” platformasından 127 min barel (sutkada 141 min barel), “Qərbi Çıraq” platformasından 125 min barel (sutkada 107 min barel) neft hasil olunub. **
N.Abbasova
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət