Bakı və Belqrad arasında ikitərəfli əməkdaşlığın genişləndirilməsinə yönəlmiş 12 sənəd imzalanma ərəfəsindədir. Bu barədə Milli Məclisin sədri Oqtay Əsədov Serbiya Respublikasının daxili işlər naziri Neboyşa Stefanoviçlə görüşdə məlumat verib.
“Bu günədək ölkələrimiz arasında 25 sənəd imzalanıb, 12 sənəd isə imzalanma ərəfəsindədir”, - deyə o bildirib.
Sədrin sözlərinə görə, Azərbaycan və Serbiya arasındakı münasibətlər strateji tərəfdaşlıq səviyyəsindədir.
“Ölkələrimiz arasında siyasi əlaqələr yüksək səviyyədə olsa da, ticari münasibətləri inkişaf etdirməyə ehtiyac var”, - deyə O.Əsədov vurğulayıb.
İqtisadi əməkdaşlığın inkişafı üçün xeyli işlər görüldüyünü, biznes forumlar təşkil edildiyini söyləyən sədr ticari əlaqələrin gələcəkdə yüksək səviyyəyə çatacağına əminliyini bildirib.
O, Serbiyanın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayaraq bunu siyasi əlaqələrimizin yüksək səviyyədə olmasının bariz göstəricisi kimi dəyərləndirib.
Nazir Neboyşa Stefanoviç isə bildirib ki, hər iki ölkə bir-birinin ərazi bütövlüyünü dəstəkləyir və bu mövqe dəyişməz olaraq qalacaq.*
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət