Əlverişli hava şəraiti Xəzər dənizində estakadanın uçması nəticəsində itkin düşən 9 neftçinin fəal axtarışını həyata keçirməyə imkan verir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə "Azneft" İstehsalat Birliyinin operativ qərargahından bildiriblər.
“Əfsuslar olsun ki, indiyədək axtarış tədbirləri gözlənilən nəticə verməyib. Axtarış -xilasetmə tədbrlərinə 10 gəmi, 4 dalğıc gəmisi, FHN-nin 3 helikopteri cəlb edilib”. - deyə qərargahdan qeyd olunub.
Bundan başqa, FHN-nin hissələrindən birinin şəxsi heyətindən 23 xilasedici itkin düşmüş neftçilərin sahilboyu vizual axtarışına cəlb olunub.
“Bugünkü hava şəraiti axtarışa cəlb edilən bütün qüvvələrə daha fəal axtarış aparmağa imkan yaradır”, - deyə qərargahdan vurğulayıblar.
Qeyd edək ki, dekabrın 15-də səhər saat 05:00 radələrində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub. Hadisə nəticəsində Səngəçal-Xərə-Zirə-Duvannı yataqlarını əhatə edən ərazidəNeft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb. Bir neftçinin meyiti ötən gün tapılaraq aidiyyatı üzrə təhvil verilib.**
N.Abbasova
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət