Mingəçevir Sənaye Parkı ərazisində 9 fabrikin yaradılmasına investisiya qoyuluşları $153 mln. məbləğində qiymətləndirilir. Bunu iqtisadiyyat naziri Şahin Mustafayev bu gün "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda çıxışı zamanı bildirib.
“Mingəçevir Sənaye Parkında 9 fabrikin yaradılması və $153 mln. məbləğində investisiya qoyuluşu, 5,5 min yeni iş yerinin açılması gözlənilir", - deyə o bildirib.
Nazirin sözlərinə görə, yaxın iki il ərzində Sumqayıt Sənaye Kimya Parkında 800-ə yaxın yeni iş yeri açılacaq.
“Sumqayıt Sənaye Kimya Parkında 4 müəssisə bu il, 3 il müəssisə isə gələn il fəaliyyətə başlayacaq”, - deyə Ş.Mustafayev əlavə edib.
O deyib ki, 2016-cı ildə 84 investisiya təşviqi sənədi verilib ki, bu layihələrin reallaşması nəticəsində 1 mlrd. manatdan çox özəl investisiya yatırılacaq, 6 min 700-ə yaxın yeni iş yeri açılacaq.*
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət