“Abşeron” yatağında qazılacaq ilk quyudan sutkalıq 2000 ton kondensat və 4,3 milyon kubmetr qaz hasil olunacaq. Bu barədə SOCAR-ın məlumatında deyilir.
SOCAR-ın vitse-prezidenti Yaşar Lətifov, “Azneft” İstehsalat Birliyinin Baş direktoru Daşqın İskəndərov, Fransanın “Total” şirkətinin təhlükəsizlik üzrə vitse-prezidenti Nicolas Brunet, eləcə də hər iki şirkətin nümayəndələri Neft Daşlarına işgüzar səfər ediblər.
““Abşeron” yatağında qazılacaq ilk quyudan hasil olunacaq sutkalıq 2000 ton kondensat və 4,3 milyon kubmetr qazın Neft Daşlarına, oradan da “28 May” NQÇİ-nin mövcud xətləri ilə sahilə nəqlinin mümkünlüyü ilə tanış olmaq məqsədi ilə qonaqlar “Neft Daşları” NQÇİ-nin Qaz-turbin elektrik stansiyasına, “28 May” NQÇİ-nin sıxıcı kompressor və qaz-separasiyası sahələrinə, tibb məntəqəsinə baxış keçiriblər”, - deyə məlumatda bildirilir.
“Neft Daşları” NQÇİ-nin konfrans zalında “Neftin və qazın hasilatında bütövlüyün idarə olunması və yoxlamalar” mövzusunda keçirilmiş geniş tərkibli müşavirədə yataqların cari vəziyyəti və perspektiv inkişafı, “Abşeron” yatağında qazılacaq ilk quyunun gündəlik məhsulunun ilkin mərhələdə sahilə nəql olunması barəsində fikir mübadiləsi aparılıb.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət