Azərbaycan islamofobiyaya qarşıdır və İslam dəyərlərinin təşviqi ardıcıl iş həyata keçirir. Bunu Azərbaycan prezidenti İlham Əliyev bəyan edib.
“Biz açıq şəkildə islamofobiyaya qarşı çıxış edirik və dünyada İslam dəyərlərinin təşviqi məqsədilə ardıcıl iş aparırıq. Azərbaycan Luvr muzeyində İslam şöbəsinin təşkilində fəal iştirak edib, Vatikanda sərgi təşkil edən ilk müsəlman ölkəsidir. 2009-cu ildə ölkəmiz İslam mədəniyyətinin paytaxtı elan edilib, 2018-ci ildə bu fəxri missiya Azərbaycanın qədim Naxçıvan şəhərinin üzərinə qoyulub”, - deyə İ.Əliyev "OIC Journal" nəşrində dərc olunan məqalədə qeyd edib.
Prezident bildirib ki, həmçinin Azərbaycan İslam dünyasında mövcud münaqişələrin nizamlanmasına öz töhfəsini verir.
İ.Əliyev vurğulayıb ki, ötən əsrin 90-cı illərindən etibarən Azərbaycan məscidlərin inşası və bərpası məqsədilə məqsədyönlü siyasət yürüdür. “Əgər SSRİ dövründə Azərbaycanda 17 məscid fəaliyyət göstərirdisə, 2017-ci ilin əvvəlinə onların sayı 2,166 minə çatıb. Hazırda 306 məscid tarixi abidə kimi tanınır”, - deyə dövlət başçısı qeyd edib.
Prezidentin sözlərinə görə, hazırda müsəlman dünyasının heç vaxt olmadığı qədər birlik və həmrəyliyə ehtiyacı var. “Bu səbəbdən, 2017-ci il Azərbaycanda İslam həmrəyliyi ili elan edilib. Məqsədimiz müsəlman dünyasında birliyin möhkəmləndirilməsi, bütün dünyaya İslamın sülh və mədəniyyət dini olduğunu nümayiş etdirməkdir. Buna görə, hesab edirəm ki, may ayında Bakıda keçiriləcək İslamiada bütün İslam dünyasının birlik və həmrəyliyi zamanı olacaq”, - deyə İ.Əliyev vurğulayıb. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət