Azərbaycan OPEC və təşkilata daxil olmayan ölkələr arasında bağlanmış neft hasilatının dondurulmasına dair sazişin müddətinin uzadılması prosesində iştirakı ilə bağlı danışıqlar aparmağa hazırdır. Bunu “İnterfaks-Azərbaycan” agentliyinə açıqlamasında Energetika Nazirliyinin mətbuat katibi Zəminə Əliyeva deyib.
"Azərbaycan nümayəndə heyəti bu məsələni 24-25 may tarixlərində Vyanada aparılacaq danışıqlarda müzakirə edəcək. Mövqeyimiz dəyişməz olaraq qalır. Biz bazardakı vəziyyətin sabitləşməsinə kömək edəcək tədbirlərin davam etdirilməsini zəruri hesab edirik", - deyə o bildirib.
Mətbuat katibinin sözlərinə görə, hazırda sazişin daha 6 ay müddətinə - 2017-ci ilin sonunadək uzadılması təklifi masa üzərindədir.
"Hansı qərarların qəbul olunduğu mayın 25-də məlum olacaq. Buna görə də nazirlərin görüşünün yekunlarını gözləmək lazımdır", - deyə o əlavə edib.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət