Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov 2017-ci ilin sonunadək manatın məzənnəsi üçün ciddi risklərin olmadığını bildirib.
“Cari ilin sonun kimi manatın məzənnəsi üçün ciddi risklər yoxdur. Deyərdim ki, manatın möhkəmlənməsi ehtimalı zəifləməsi ehtimalından daha çoxdur”, - deyə E.Rüstəmov bu gün keçirilən “İqtisadi islahatlar: Əldə edilmiş nəticələr və tövsiyələr” mövzusunda konfransda bəyan edib.
O, manatın məzənnəsinin kəskin dəyişilməsinə dair müxtəlif proqnozları “konspiroloji nəzəriyyələr” adlandırıb. “İlin əvvəlindən manat ABŞ dollarına qarşı 4%-dən artıq bahalaşıb”, - deyə E.Rüstəmov qeyd edib.
Onun sözlərinə görə, 5 ay ərzində ölkədə üzən məzənnə rejimi siyasəti yürüdülür. Bu dövrdə Mərkəzi Bank manatın məzənnəsinin üzməsinə hər hansı bir müdaxilə etmir, tənzimləmə aparılmır. “Üzən məzənnəyə keçid müəyyən destabilizasiya ilə müşayiət olundu. Bu da bazar iştirakçılarının gözləntiləri ilə əlaqədar olub. Bu zaman manat kəskin ucuzlaşdı. Lakin, sonra bazar özü məznnəni tənzimlədi və o sabitləşdi”, - deyə E.Rüstəmov vurğulayıb.
O bildirib ki, bu gün valyuta bazarı “tələb yox, təklif bazarıdır”. “Manatın möhkəmlənməsinin öz təzyiqləri mövcuddur. Ölkənin orta və uzunmüddətli maraqlarını nəzərə alaraq deyə bilərik ki, manatın çox güclənməsi doğru olmazdı. Bu proses idxalın azalması və ixracın dəstəklənməsi üzrə hazırki tədbirləri nəzərə alaraq, tədiyyə balansı üçün problemlər yarada bilər”, - deyə E.Rüstəmov əlavə edib. **
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət