SOCAR (ARDNŞ) 2017-ci ilin birinci yarısında dünya bazarlarına 465,163 min ton neft emalı və neft-kimya məhsulları ixrac edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.
Xəbər verildiyi kimi, 2016-cı ilin birinci yarısında SOCAR 643,085 min ton həcmində neft və neft-kimya məhsullarını ixraca yönəldib. Beləliklə, 2017-ci ilin yanvar-iyun ayları ərzində ixracın həcmi 27,7% azalıb.
Hesabat dövrü ərzində 24,085 min ton dizel yanacağı, 24,085 min ton təyyarə yanacağı, 0,117 min ton soba mazutu, 47,811 min ton yüksək təzyiqli polietilen, 5,819 min ton mütləqləşdirilmiş izopropil spirti, 34,301 min ton maye piroliz qətranı, 22,157 min ton propilen və 15,319 min ton butilen butadien fraksiyası ixrac edilib.
İxracın strukturunda 262,914 min ton dizel yanacağı, 20,606 min ton təyyarə yanacağı, 0,117 min ton soba mazutu, 40,339 min ton yüksək təzyiqli polietilen, 5,532 min ton mütləqləşdirilmiş izopropil spirti, 28,1 min ton maye piroliz qətranı, 17,007 min ton propilen və 12,167 min ton butilen butadien fraksiyası ixrac edilib.
2017-ci ilin iyun ayında dünya bazarlarına 78,378 min ton neft emalı və neft-kimya məhsulları ixrac edilib. İxracın strukturunda 52,64 min ton dizel yanacağı, 3,479 min ton təyyarə yanacağı, 7,471 min ton yüksək təzyiqli polietilen, 0,286 min ton mütləqləşdirilmiş izopropil spirti, 6,201 min ton maye piroliz qətranı, 5,149 ton propilen və 3,152 min ton butilen butadien fraksiyası ixrac olunub.
Məlumata görə, 2017-ci ilin iyun ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) - 520,58 ABŞ dolları, təyyarə yanacağının - 444,8 dollar, dizel yanacağının - 409,64 dollar, 1 faizli kükürdlü mazutun - 286,89 dollar, yüksək təzyiqli polietilenin - 1175 dollar, butilen butadien fraksiyasının - 502,9 dollar, maye piroliz qətranının - 486,51 dollar, propilenin qiyməti - 840 avro, mütləqləşdirilmiş izopropil spirtinin qiyməti - 1467,5 avro təşkil edib.
2016-cı ildə şirkət 1 mln. 139,897 min ton neft məhsulu ixrac edib.
2015-ci il yanvarın 1-dən Azərbaycanda yalnız bir - Heydər Əliyev adına Bakı neft emalı zavodu fəaliyyət göstərir.**
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət