“Beynəlxalq Ordu Oyunları - 2017” çərçivəsində keçirilən “Dəniz Kuboku - 2017” müsabiqəsinin mərhələ və epizodlarının icrası üzrə püşkatma mərasimi keçirilib. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Püşkatmanın nəticələrinə əsasən müsabiqənin 2-ci, 3-cü, 4-cü, 5-ci və 6-cı epizodlarının yerinə yetirilməsində komandaların növbə üzrə sıralanması müəyyənləşdirilib”, - deyə məlumatda bildirilir.
“Hava hədəfinə artilleriya atışı” üzrə 2-ci epizodun icrasına Rusiya birinci, Azərbaycan ikinci, Qazaxıstan üçüncü və İran dördüncü başlayacaq.
“Üzən minaya artilleriya atışı” üzrə 3-cü epizodun icrasına Qazaxıstan birinci, Azərbaycan ikinci, İran üçüncü və Rusiya dördüncü başlayacaq.
“Təlim məşq kompleksində suyun daxil olmasına qarşı mübarizə yarışı” üzrə 4-cü epizodun icrasına Qazaxıstan birinci, Rusiya ikinci, İran üçüncü və Azərbaycan dördüncü başlayacaq.
“Xilasetmə vasitələrinin istifadəsi” üzrə 5-ci epizodun icrasına Rusiya birinci, Qazaxıstan ikinci, İran üçüncü və Azərbaycan dördüncü başlayacaq.
“Gəminin lövbərə və çəlləyə dayanması” üzrə 6-cı epizodun icrasına Rusiya birinci, İran ikinci, Qazaxıstan üçüncü və Azərbaycan dördüncü başlayacaq.*
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət