2017-ci ilin birinci yarısında Azərbaycan 584 mln. 427,36 min kVt/saat elektrik enerjisi ixrac edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
“2017-ci ilin yanvar-iyun aylarında Azərbaycandan elektrik enerjisi ixracı 584 mln. 427,36 min kVt/saat təşkil edib. 2016-cı ilin birinci yarısında Azərbaycan $7 mln. 249,19 min məbləğində 166 mln. 595,5 min kVt/saat elektrik enerjisi ixrac edib. Beləliklə, 2017-ci ilin analoji dövründə Azərbaycandan elektrik enerjisi ixracının həcmi say ifadəsində 3,5 dəfə, dəyəri ifadəsində 3,4 dəfə artıb”, - hökumətdən bildiriblər.
İxracın ümumi həcmində 55 mln. 833,93 min kVt/saat elektrik enerjisi Rusiya, 513 mln. 294,42 min kVt/saat elektrik enerjisi Gürcüstan, 15 mln. 299 min kVt/saat elektrik enerjisi İranın payına düşüb.
2017-ci ilin birinci yarısında Azərbaycan $1 mln. 828,72 min dəyərində 45 mln. 178,9 min kVt/saat elektrik enerjisi idxal edib. 2016-cı ilin analoji dövründə ölkəyə $1 mln. 946,21 min dəyərində 47 mln. 724,08 min kVt/saat elektrik enerjisi idxal edib. Beləliklə, hesabat dövründə say ifadəsində Azərbaycana elektrik enerjisi idxalı 5,4%, dəyər ifadəsində 6,1% azalıb.
Hökumətin məlumatına görə, 2017-ci ilin birinci yarısında Azərbaycan Rusiyadan 31 mln. 994,51 min kVt/saat elektrik enerjisi, Gürcüstandan 157,9 min kVt/saat elektrik enerjisi və İrandan 13 mln. 26,5 min kVt/saat elektrik enerjisi idxal edib.
2016-cı ildə Azərbaycandan elektrik enerjisi idxalı 110 mln. 787,38 min kVt/saat, ixracı 646 mln. 757,88 min kVt/saat təşkil edib. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət