Paytaxtda 20-ə yaxın məktəbin təmirə ehtiyacı var. Bunu Azərbaycan prezidenti İlham Əliyev Bakının Yasamal rayonundakı Arif Hüseynzadə adına 20 nömrəli məktəb-liseyin yeni inşa edilmiş binasının açılışında bildirib.
“Bakıda 300-dən çox məktəb var. Son məlumata görə, təmirə ehtiyacı olan məktəblərin sayı təqribən 20-yə yaxındır”, - dövlət başçısı bildirib.
Onun sözlərinə görə, son illər ərzində Bakı şəhərində məktəblərin tam əksəriyyəti əsaslı təmir olunub, yeni korpuslar, yeni məktəblər tikilib. “Əminəm ki, gələn il və əgər çatdıra bilməsək, 2019-cu ildə Bakının bütün məktəbləri ən yüksək standartlara cavab verəcək”, - İ.Əliyev vurğulayıb.
Prezident qeyd edib ki, bu il Bakı şəhərində 10 məktəb əsaslı təmir olunub, daha biri tikilib.
“Ölkə üzrə isə 70-dən çox məktəb əsaslı təmir olunub, tikilib. Tikinti işləri davam edir. Bilirsiniz ki, bölgələrdə, ucqar kəndlərdə indi modul tipli məktəblər tikilir. Onlardan 100-ü bu il və gələn il istifadəyə verilməlidir. Beləliklə, qəzalı məktəblərlə bağlı olan problem də əminəm ki, yaxın iki-üç il ərzində öz həllini tam tapacaq”, - dövlət başçısı əlavə edib ki, 2004-cü ildən bu günə qədər 3 mindən çox məktəbdə əsaslı təmir işləri aparılıb.
İ.Əliyev bildirib ki, məktəblərə gedən uşaqların sayı hər il artır. “Ölkə əhalisinin artımı məktəblilərin artımına səbəb olur. Belə olan halda əlbəttə ki, məktəb tikintisi prosesi daim təmin edilməlidir”, - prezident vurğulayıb.
Dövlət başçısı həmçinin respublikada təhsilin keyfiyyətinin artdığını qeyd edib. “Təhsilin keyfiyyəti əlbəttə ki, bizim ən prioritet məsələmizdir”, - İ.Əliyev əlavə etdi.
Prezident bildirdi ki, bunun üçün ölkədə tədris şəraitinin yaxşılaşdırılması zəruridir.
“Məktəb ancaq şagirdlər üçün deyil, müəllimlər üçün də iş yeridir. Müəllimlərin əməkhaqları da artır, xüsusilə diaqnostik qiymətləndirmədən keçmiş müəllimlərin əməkhaqları əhəmiyyətli dərəcədə artıb. Bakı şəhərində orta əməkhaqqı təxminən 500 manatdan çoxdur. Bu, çox yaxşı göstəricidir, daha da artmalıdır”, - dövlət başçısı vurğulayıb. **
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət