Belarus və Azərbaycan qarşlıqlı ticarət dövriyyəsinin azalmasının mənfi tendensiyasının öhdəsindən gəliblər. Bunu Belarusun baş naziri Andrey Kobyakov bəyan edib.
“Azərbaycan etibarlı dostumuz və işgüzar tərəfdaşımızdır. Belarus və Azərbaycanın münasibətləri zamanla sınaqdan keçib və gələcəkdə uzun illər boyu möhkəm əlaqələrə malikdir. Azərbaycanla qarşılıqlı səmərəli və müxtəlif planlı münasibətlərin inkişafı Belarus üçün prioritetlərdən biridir. Cari il qarşlıqlı ticarət dövriyyəsinin azalmasının mənfi tendensiyası aradan qaldırılıb. 8 ayın yekunları üzrə xarici ticarətin həcmi təxminən $100 mln. təşkil edib”, - hökumətinin mətbuat xidməti A.Kobyakovun sözlərindən sitat gətirir.
A.Kobyakov Minskdə Mili Məclisin sədri Oqtay Əsədovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti ilə görüşüb.
Belarus hökumətinin rəhbəri vurğulayıb ki, istehsalat kooperasiyası uğurla inkişaf edir. 2007-ci ildən etibarən indiyədək Azərbaycanda müxtəlif modifikasiyalı 10 minə yaxın BELARUS traktoru, təxminən 4 min avtomobil, qoşqular və MAZ avtobusları yığılıb.
Sentyabrda Minsk Traktor Zavodu ilə Gəncə Avtomobil Zavodu arasında ilin sonuna kimi 400-dən artıq traktor tədarükünə dair müqavilə imzalanıb. O cümlədən, "Белорусский" brendi ilə ixtisaslaşmış mağazalar şəbəkəsi vasitəsilə Belarus ərzaq məhsullarının ticarət sistemi tərtib olunub. Öz növbəsində, 2017-ci ilin may ayında Minskdə Azərbaycan Ticarət Evi açılıb.
“Bu cür miqyaslı ticarət meydançası gələcəkdə Azərbaycan məhsullarının Belarusa ixracının artırılması üçün yeni imkanlar açır”, - A.Kobyakov əminlikdə bildirib.
Baş nazir xatırladıb ki, gələn il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi qeyd olunacaq. “Bu dövr ərzində Belarus və Azərbaycan sosial-iqtisadi inkişafda mühüm nailiyyətlər əldə ediblər, həqiqi suverenlik qazana biliblər. Biz əldə etdiklərimizlə kifayətlənməməliyik, hər iki tərəf üçün maraq kəsb edən yeni ideyalar, mənalı təkliflər var. Birgə kooperasiya investisiya layələri, İT sahəsində əməkdaşlıq nəinki elmi və işgüzar dairələri yaxınlaşdrımağa yardım edəcək, həm də iqtisadiyyatlarımızın rəqabətədavamlılığını artırmaq üçün yaxşı əsas rol oynayacaq”, - A.Kobyakov vurğulayıb.
Öz növbəsində O.Əsədov həmçinin Belarus və Azərbaycan arasında münasibətlərin hələ SSRİ vaxtından dostluq xarakteri daşıdığnı vurğulayıb. “Müstəqillik qazanandan sonra münasibətlər yeni tərəfdaşlıq səviyyəsinə yüksəldi”, - o yekun vurub.
Belarus hökumətinin məlumatına görə, O.Əsədov ticari-iqtisadi əməkdaşlığın intensiv inkişafını xüsusi qeyd edib. **
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət