Azərbaycan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) "Etihad Airways" şirkətinə Naxçıvan Muxtar Respublikasına reysin açılması imkanlarını öyrənməyi təklif edir. Bu barədə Azərbaycanın BƏƏ-dəki səfirliyinin məlumatında deyilir.
“Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfiri Daşqın Şikarov “Etihad Airways” şirkətinin vitse-prezidenti Amer Xanla görüşdə aviaşirkətin Naxçıvana uçuşların həyata keçirilməsini nəzərdən keçirməsini təklif edib, Naxçıvanın zəngin potensialını nəzərə alaraq bu reyslərin BƏƏ turistləri tərəfindən böyük maraqla qarşılanacağını qeyd edib”, - deyə məlumatda bildirilir.
A.Xan deyib ki, “Etihad Airways” 2018-ci ilin mart ayının 2-dən etibarən Abu Dabi-Bakı reysini açacaq. O, reyslərin həyata keçirilməsinə qədər görüləcək işlər, şirkətin rəsmilərinin Bakıya çoxsaylı səfərlərinin planlaşdırıldığı barədə məlumat verib.
D.Şikarov “Etihad Airways” şirkətinin Bakıya birbaşa reyslərə başlamasının qürur hissi yaratdığını bildirib, qısa müddət fəaliyyətdən sonra reyslərinin sayının artırılacağına əminliyini ifadə edib. O, Azərbaycanın Dubay əmirliyi ilə iqtisadi və turizm əlaqələrinin inkişaf etdiyini, lakin Abu Dabi əmirliyində istər qeyd olunan, istərsə də mədəni, təhsil və səhiyyə sahələrində əməkdaşlıq üçün potensialın yüksək olduğunu bildirərək birbaşa uçuşların bu sahədə görülən tədbirlərə xüsusi töhfə verəcəyini və yeni imkanlar yaradacağını da vurğulayıb.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət