Azərbaycan rus dili və mədəniyyətinin qorunub saxlanmasına böyük önəm verir. Bunu Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev deyib.
"Rus dilinin qorunub saxlanması bizim üçün vacibdir. Rus mədəniyyəti və ədəbiyyatı dünya sərvətidir", - deyə o, bu gün Azərbaycanın mədəniyyət, informasiya və idman nümayəndələrinə MDB Parlamentlərarası Assambleyası Şurasının fərqlənmə nişanlarının təqdimetmə mərasimində bildirib.
Aparat rəhbərinin sözlərinə görə, Azərbaycan gənclərinin bu gün fəal şəkildə müxtəlif xarici dilləri öyrənməsi sevindirici haldır. "Amma bizim tariximiz belədir, biz 200 ildir Rusiya ilə birlikdə tarixi hadisələri yaşayırıq", - deyə o qeyd edib.
S.Mirzəyev vurğulayıb ki, Azərbaycan MDB Parlamentlərarası Assambleyasının işində fəal iştirak edir.
"Müasir dövrdə informasiya mühüm rol oynayır. Çox gözəl işlər görmək olar, amma əgər bu, ictimaiyyətin diqqətinə çatdırılmırsa, tez də unudulur", - deyə S.Mirzəyev qeyd edib.
Mərasimdə çıxış edən deputat Elmira Axundova vurğulayıb ki, bu fərqlənmə nişanları ikinci dəfədir verilir. Bu dəfə Azərbaycanın informasiya, idman və mədəniyyət sahələrini təmsil edən 10 nümayəndə nominantdır. "Bu, bizi birləşdirən nişandır. Ümid edirəm ki, gələn dəfə nominantların sayı ən azı 20 nəfər olacaq", - deyə o əlavə edib.
Nominantlardan "İnterfaks-Azərbaycan" agentliyinin baş redaktoru Anar Əzizov "Mətbuat və informasiyanın inkişafında xidmətlərə görə" nişanı ilə təltif edilib.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət